Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-403/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1240/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(004)-2989/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə “Borclu əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1240/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(004)-2989/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Masazır kəndində 0.924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələrinin və ünvan 2 mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2989/2023 saylı, xx.xx.2023-cü il tarxli icra sənədinə əsasən Borclu 618438,15 manat məbləğində pul, hüquqi xidmətə çəkilmiş xərcinə görə 1250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 920 manat olmaqla cəmi 620608,15 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə qanunamüvafiq qaydada icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu - Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. İcraat zamanı “Elektoron icra” informasiya sistemindən Borclu məxsus Abşeron rayonu, Masazır kəndində 0.924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələri və ünvan 2 ünvanında mənzil aşkar edilmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və təqdimat verən icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023-048 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2989/2023-036 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində 0.924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələri və ünvan 2 ünvanında mənzil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə ödənilməli olan borcun məbləğini, məcburiyyət tədbirinin ödənilməli məbləğə mütənasibliyi məsələsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Abşeron rayonu, Masazır kəndində 0.924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələrinin və ünvan 2 mənzilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023-048 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Abşeron rayonu, Masazır kəndində 0,924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələrinin və ünvan 2 mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-403/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-403/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver