Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-404/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında müvəqqəti yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X1, X2, Borclu və X5 Tələbkar mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 25 saylı evin 10 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq Tələbkar təhvil verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərə təyin edilmişdir, icra yerində olarkən B.Məmiyevin və onun ailə üzvlərinin müqaviməti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bu barədə müvafiq aktlar tərtib edilmişdir. Bundan sonra məhkəmə qərarının icrası ilə bağlı B.Məmiyev şöbəyə dəvət edilmiş və o, izahatında Azərbaycan Respublikası Qaçqıların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsi tərəfindən onun mülkiyyətində olan Qanlı gölün qərb sahilində olan yaşayış evinin əvəzinə ünvan 2 ünvanında yerləşən 7 saylı binada (E blokunda) 132 saylı mənzilin verildiyini, mənzildə özünün, həyat yoldaşı G.İsmixanovanın, oğlu Samir Məmiyevin 4 nəfərlik ailə tərkibi ilə birlikdə yaşadıqlarını, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 25 saylı evin 10 saylı mənzilində isə digər oğlu Borclu ailəsi ilə birlikdə yaşadıqlarını, oğlunun evlə təmin olunduğu halda mübahisəli mənzili boşaldacaqlarını bildirmişdir. Daha sonra icraat zamanı xx.xx.2024-cü il tarixdə yenidən zəbt olunmuş mənzilə baxış keçirilmiş və orada icra sənədində adları qeyd olunmayan kənar şəxslərin yaşaması müəyyən olunmuşdur. Qeyd olunur ki, mənzildə yaşayan şəxslər həmin mərtəbədə yerləşən 12 saylı mənzildə yaşayan şəxslərin yaxın qohumlarıdır. Baxış keçirilən zaman iş üzrə Borclu mənzilə gəldikdə etiraf etmişdir ki, hazırda atası xəstə olduğu üçün onun yanında yaşayır və mənzili müvəqqəti qonşularına verib. Bu barədə 28-ci Polis şöbəsinin sahə rəisi Nizami Şahverənovun iştrakı ilə akt tərtib olunmuşdur. Bununla bağlı iş üzrə Borclu xx.xx.2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış və o, zəbt olunmuş mənzili könüllü boşaltmaqdan imtina etmişdir. Bu səbəbdən onun barəsində inzibati xətə haqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6154/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra bir neçə dəfə (xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025- ci il, xx.xx.2025-ci il) iş üzrə Borclu ilə ona məxsus 055-588- 88-84 mobil nömrə ilə əlaqə saxlanılaraq icra şöbəsinə dəvət olunmuş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. Sonuncu telefon danışığı zamanı xx.xx.2025-ci il tarixdə iş üzrə borclu ümumiyyətlə icra şöbəsinə gəlməyəcəyini bildirmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Həmçinin qeyd olunur ki, borclunun məcburi gətirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar ona ünvanlanmış, lakin iş üzrə borclu şöbəyə gəlməmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun çağırışına baxmayaraq, Yasamal rayon icra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında müvəqqəti yaşayan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-404/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-404/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver