Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-405/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğunun katibliyi X2, icra məmuru Sahib Allahverdiyevin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin hərəkətlərinin qanunsuz hesab olunmsası və üzərinə öhdəliyin qoyulması barədə X2 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏNETDİ: X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun ərizə və razılığı olmadığı üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 22 aprel 2022-ci il tarixli, xx/xx-243545/134490 saylı sifariş məktubunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1975/2014 saylı, 10 iyul 2014-cü il tarixli icra sənədi üzrə Borclu1 əmək haqqısından hər ay 50% tutulması qanunsuz və əsassız hesab olunmasına və indiyədək Borclu1 əmək haqqından tutulmuş pul məbləğinin qaytarılmasına, Borclu1 mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulsa da belə, beş aydır ki, həmin avtomobillər tapılmadığından icra sənədi icra edilmədiyi kimi hesab edilməsinə, hazırkı ərizəyə əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli ərizənin tələblərini icra məmuru Sahib Allahverdiyev tərəfindən təmin edilməsi vəzifəsini üzərinə qoyulmasına və “İcra haqqında” AR-nın Qanunun 82.1-ci maddəsində icra sənədi icra edilmədiyi üçün Borclu1 inzibati və cinayət məsuliyyətinə cəlb olunmasının xüsusi qaydasının icra məmuru Sahib Allahverdiyev tərəfindən müəyyən edilməsində tədbir görülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1975/14 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 130000 (yüz otuz min) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Borclu2 icraat zamanı verdiyi və yuxarıda qeyd olunan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli izahatlarında tələbkara heç bir borcu olmadığını məhkəmə qərarının yanlış çıxarıldığını bildirməklə və borcu ödəməməklə qərəzli olduğu sübut olunmuşdur. Bundan başqa, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin İcra məmuru X1 10 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) - 1975/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraat başlamış, təklif olunmuşdur, Borclu1 10 (on) gün müddətində icranı təmin etsin. Buna baxmayaraq icra sənədi üzrə Borclu1 icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) - 1975/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu1 mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmuru Sahib Allahverdiyevin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004) - 804/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir, Borclu1 mülkiyyətində olan “Ford Transit’’ yük markalı, 90-RH592 dövlət qeydiyyat nişanlı və “MRA”16 markalı maye qaz yük markalı, **- ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin xx.xx.2022-ci il tarixli, 17/72 - 243545/187490 saylı sifariş məktubundan göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) - 1975 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu1 əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün "xxxx" ASC-yə göndərilmişdir. Borclu1 müştərək qaydada 130000 (yüz otuz min) manat pul vəsaitini üzrsüz səbəbdən ona ödəmədiyinə görə icra məmuru Sahib Allahverdiyev Borclu1 AR-nın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib etməlidir. Qeyd edir ki, icra məmuru Sahib Allahverdiyev tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü Borclu1 tərəfindən icra olunmadığı üçün xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından beş aydan çox müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə tələbin borclunun əmək haqqına məcburi icra tədbirinə müraciət etsə də, “İcra haqqında” AR qanununun 15-ci maddəsini kobudcasına pozaraq bu barədə ondan Razılıq və rəsmi ərizə alınmasını istisna etmişdir. Tutulan məbləğ ancaq maaşdan tutulsa bu ən az 25 il çəkər və bu müddət ərzində pul dəyərdən düşür. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən icra məmuru Sahib Allahverdiyev izahat verərək bildirir ki, icra sənədi 2014-cü ilindir. İki borclu olmuşdur. Borclulardan biri Yasamal rayonu ərazisində qeydiyyatdadır. Tələbkar əvvəl cəzaçəkmə müəssisəsində olmuşdur. Tələbkar oradan rəhbərliyin möhürü ilə təsdiq olunmuş razılıq ərizəsi göndərmiş, bunun əsasında da icra sənədi üzrə icraata xitam verlmişdir. Sonra iş məhkəmə tərəfindən yenidən icraata qaytarılmışdır. Cinayət və inzibati məsuliyyət üçün icra məmuru işdə qərəzin olmasını müəyyən etməlidir. İcra işi icraatına daxil olduqdan sonra tərəfləri çağırmış, izahatlarını almış, bundan sonra borclunun adına olan avtomobilə həbs qoyaraq müvafiq tədbirlər görmüşdür. Borclu1 izahatında bildirmişdir ki, o avtomobili etibarnamə ilə satmışdır. Buna baxmayaraq avtomobil hələ onun adına olduğu üçün üzərində həbs vardır. Avtomobillərin üzərinə həbs qoyulması ilə bağlı qərar icra olunması üçün X7 göndərilmişdir və qərarın icrası polisin vəzifəsidir. Borcluları eyniləşdirmək düzgün deyildir. Hazırda borcun yarısı ödənilmişdir və digər tədbirlər də görülməyə davam edir. Belə ki, borclunun əmək haqqısından pul tutulur və mülkiyyətində olan avtomobillərə həbs qoyulmuşdur. İcra məmurunun hansı hərəkəti edəcəyini tələbkar müəyyən edə bilməz. Bu onun hüququdur. Suala cavab olaraq bildirir ki, icranın borclunun əmək haqqısına yönəldilməsi digər icra tədbirlərinə maneə olmur. Hər ay borclunun əmək haqqısından 500 manat tutulur. Bütün bunlara baxmayaraq növbəti tədbir olaraq intibati məsuliyyət məsələsinə baxılacaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, tələbkar ərizəni onunla əsaslandırır ki, icra məmuru icranın borclunun əmək haqqısına yönəldilməsi ilə bağlı qərar qəbul edərkən onun razılığını almayaraq qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması istiqamətində tədbir görən icra məmurunun tətbiq edəcəyi icra tədbiri növünü tələbkarla razılaşdırmaq kimi vəzifəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, icra sənədi üzrə bir və ya bir neçə icra tədbirinin tədbiq olunması digər icra tədbirlərinin tədbiq edilməsini istisna etmir. İcra işindən də müəyyən olunur ki, icra məmuru icra tədbirləri görərək, ilk növbədə borclunun adına pul vəsaitinin olub-olmamasını araşdırmış, əmlakına həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat vermiş və tələbi borclunun əmək haqqısına yönəltmişdir. Məhkəmə iclasında icra məmuru eyni zamanda bildirmişdir ki, görülən icra tədbirləri ilə yanaşı borclu barəsində başqa icra tədbiri də görüləcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən QƏRARAALDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin hərəkətlərinin qanunsuz hesab olunmsası və üzərinə öhdəliyin qoyulması barədə X2 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-405/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-405/2022
16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver