Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-405/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatına Bakı şəhəri məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 40.000 manat borc və 210 manat dövlət rüsumun Tələbkar xeyrinə tutulmalıdır. Hazırda Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023cü il tarixdə icraata başlamaqla könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkə hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirir ki, hazırda xarici ölkəyə getmək planı yoxdur. Təqdimatın təmin edilməsinə etiraz etmir. İcra sənədi üzrə təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildirişin surətindən müəyyən edilir ki, Borclu bildirişi və icraata başlamaq haqqında qərarların surətini xx.xx.2023-cü il tarixdə şəxsən imzalamaqla təhvil almışdır. Məhkəmə borcun tam ödənilmədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-405/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-405/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver