Məhkəmə qərarları › İş №8(004)-405/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-405/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-405/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Tələbkar Borclu nümayəndəsi və vəkili Vəkil2, Borclu X5 nümayəndəsi və vəkili Vəkil1 iştiraki ilə, İcra işi üzrə Borclu X8 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-214/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra işi üzrə Borclu X8 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-214/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 214/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi üzrə könüllü icra əsasında X8 tələbkar Borclu 15.000 manat pul ödəmiş və nəticədə aralarında barışıq sazişi imzalanmış, tələbkar öz tələbindən borclunun xeyrinə imtina etmişdir. Lakin icra məmuru tələbkarın tələbindən imtinası əsası ilə deyil icra sənədinin tam icra olunması əsası ilə icraata xitam vermişdir. Bundan xəbərsiz olan borclu barışıq sazişinin təsdiq olunması üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə də bu barışıq sazişi ilə icraata icra məmurunun xitam verməli olduğunu göstərərək ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə əsasız qərardad qəbul etmişdir. Qərardadan şikayətin verilməsi müddəti ötürülmüşdür və icra sənədi üzrə icraata da xitam verildiyindən heç bir icra hərəkətləri aparıla bilmir. Tələbkar ona çatacaq əmlakın dəyərini aldığı halda borclunun mülkiyyətində olan 3 avtomobildə mülkiyyətçi kimi qeydiyyatda qalmaqda davam edir. Nə icra məmuru, nə də X17 İdarəsi bu məsələni həll etmir. Nəticədə borclu X5 hüquqları kobud şəkildə pozulmuşdur və məhkəmə qətnaməsinin tam icrası, barışıq sazişinin təsdiqi mümkünsüz olmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 214/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə X6 məxsus “Ford Transit” markalı, **-KX-*** d/n yük avtomobilə, “Hyundai” ix-35,**-OF-*** d/n minik avtomobilinə ilkin iddia üzrə iddaçı Borclu mülkiyyət hüququ tanınmaqla V2 hissədə Borclu, 1/2 hissədə X5 payları müəyyən edilmişdir. İlkin iddia üzrə cavabdeh X4 6900 manat, ödənilmiş 50 manat mediasiya xərci, 89 manat dövlət rüsumu tutularaq Borclu qızma; Qarşılıqlı iddia üzrə cavbdeh Borclu 6300 manat, ödənilmiş 83 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsi əsasında Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən xx.xx.2023- ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Könüllü icra üçün həmin qərar və eyni tarixli bildiriş X6 göndərmişdir. Qərarı könüllü icra etmək üçün Borclu ilə X9 arasında Bakı, 9 saylı Mediasiya Təşkilatında xx.xx.2023-ci il tarixində MŞB/9/2023-02509 nömrəli BARİŞİQ SAZİŞİ imzalanmışdır. Həmin barışıq sazişinə əsasən qarşılıqlı razılıqla Borclu qızma 15000 (on beş min) manat vəsaitin ödənildiyini və tərəf pulu aldığını öz imzası ilə təsdiq etmişdir. Aldığı pulun müqabilində X2 Ziya İlham oğluna məxsus “ Ford Transit” markalı. **-KX-*** d/n yük avtomobilə. “Hyundai” İX-35.**-QF-*** d/n minik avtomobilə olan pay hüququndan və “Ford Tranzit” markal. ** BH *** d/n avtomobilin satışından əldə edilən 6900 manat gəlirdən onun xeyrimə imtina etmişdir. X3 Günel Yavər qızma məxsus “Chevrolit Aveo” markalı, ** SZ *** (hazırki 77PN 144) d/n avtomobilin satışından gələn 6300 manat vəsaitdən onun xeyrinə imtina etmişdir. 9 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-ci il tarixli BARİŞİQ SAZİŞİ-ni borclu həmin tarixdə icra məmumu İsmayılov İsmayıla təqdim edilmişdir. Lakin icra məmuru həmin barışıq sazişinə uyğun olaraq tələbkarın tələbdən imtina etməsinin təqsiq olunması üçün qətmanəni çıxaran məhkəməyə (icra vəqəqəsi verən məhkəməyə) təqdimatla, həmçinin bu barədə protokol tərtib edərək X15 müraciət etməli və İcra haqqında qanunun 20.1.1-ci maddəsinə əsasən icraata tələbkarın tələbindən imtina etməsi əsası ilə icraata xitam verməli olduğu halda bunu etməmişdir. İcra məmuru tələbkar Borclu xx.xx.2023-ci il tarixlində yazdığı və icra şöbəsinə xx.xx.2023-ci il tarixində daxil olmuş ərizəsi əsasında xx.xx.2023-ci il tarixlində “İcra haqqında” qanunun 20.1.5-ci maddəsi üzrə -yəni icra sənədi tam icra olunduqda əsası ilə icraata xitam vermişdir. Halbuki tələbkar ərizəsini yazdığı gündən 2 gün əvvəl “Barışıq Sazişini borclu X8 icra məmuruna təqdim etmişdir. İcraata xitam verilməsi barədə tələbkarın ərizəsi Yasamal Rayonu İcra və Probasiya Şöbəsinə xx.xx.2023-ci il tarixində daxil plsa da icra məmuru həmin ərizədən 3 gün əvvəl icraata xitam vermiş və qərarını tələbkarın hələ icra şöbəsinə daxil olmayan ərizəsinə istinad etmişdir. Qeyd edirlər ki, tələbkar ərizəsində borcludan 7030 manat vəsait aldığını göstərir, lakin bu vəsaitin. nəyin müqabilndə ona verildiyini, borcludan aldığı 15.000 manat vəsaitin isə ümumiyyətlə adını çəkmir. 22 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə məlumatı olmayan X8 barışıq sazişinin təsdiq edilməsi və icra vərəqəsinin verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə məlumatı olmayan Yasamal Rayon Məhkəməsi də (sədrlik edən hakim Toğrul Axundov) ətraflı araşdırma aparmadan, icra məmurunun icraata xitam verməsi faktını müəyyən etmədən barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizənin yolverməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə 2(004)- 1450/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardad çıxartmışdır. Qərardda məhkəmə barışıq sazişi əsasında icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə müvafiq icra şöbəsinə ərizəçinin müraciət etməsini tövsiyyə etmişdir. Halbu ki, barışıq sazişini təsdiq etmək yalnız məhkəmənin səaliyyətinə aiddir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsindən məlumatı olmayan X8 məhkəmənin tövsiyəsi ilə icra sənədi üzrə icraata xitam verilməsi üçün dəfələrlə şifahi və xx.xx.2025-ci il tarixində isə ərizə ilə Yasamal Rayonu İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. İcra məmuru İsmayıl İsmayılov ərizəçiyə xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir, “ Tələbkar Borclu icraata xitam verilməsi barədə xx.xx.2023-ci il tarixli ərizəsi ilə xx.xx.2023-ci il tarixində İcra haqqında qanunun 20.1.5-ci maddəsinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətnizdə qeyd etdiyiniz xx.xx.2023-ci il tarixində Bakı 9 saylı Medias iy a Təşkilatında bağlanmış “Barışıq sazişi” ilə bağlı hər hansı icra sənədi icra edilməsi üçün məhkəmədən şöbəyə daxil olmadığından barışıq sazişi ilə bağlı icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru cavab məktubunda həmçinin qeyd etmişdir ki, “İcra haqqında” qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir”. Cavabdan görünür ki, icra məmuru borclunun işini dolaşığa salaraq qətnamənin icrasını qəsdən mümkünsüz etmişdir. Eyni zamanda borclu müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraata xitam verilməsi barədə xx.xx.2023-ci il tarixlində qəbul edilən qərarı yalnız icra məmuru İsmayıl İsmayılovun ərizəçiyə xx.xx.2025-ci il tarixli cavab məktubu əsasında tələb edib almışdılar. Ona görə icra məmurunun xitam qərarından şikayət verilməsinin müddəti xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Odur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından şikayət verilməsi müddətinin ötürüldüyü təqdirdə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X5 nümayəndəsi və vəkili Vəkil1 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Tələbkar Borclu nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mediasiya sessiyasında bağlanmış barışıq sazişinin mətni daxilində işin icraya yönəldilməsinə etiraz etmirlər. İcra işi üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq, icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işin materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilərək, X5 adına qeydə alınmış 1999-cu il buraxılışı olan “Ford Transit” (yük sərnişin) markalı, ağ rəngli, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və 2013-cü il buraxılışı olan “Hyundai ix-35” (minik) markalı, ağ rəngli, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin iddia üzrə iddiaçı Borclu mülkiyyət hüququ tanınmaqla ½ hissədə Borclu, ½ hissədə X5 payları müəyyən edilmiş, ilkin iddia üzrə cavabdeh X4 6900 (altı min doqquz yüz) manat, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 89 (səksən doqquz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Borclu verilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh Borclu qızdan 6300 (altı min üç yüz) manat, ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X6 verilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitindən 300 (üç yüz) manat məbləğində vəsait ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Borclu və 300 (üç yüz) manat məbləğində vəsait isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, e-2(004)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya tələbin 10 gün müddətində könüllü olaraq icra olunması barədə təklif olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, e292465/2023-53-18-002 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X6 tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatının MŞB/9/2023- 02509 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər X8 (bundan sonra Birinci Tərəf) və Borclu (bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşmışlar: 1) X14 Tərəfə 15.000 (on beş min) AZN pul vəsaitini ödədi, İkinci Tərəf pulu aldığını öz imzası ilə təsdiq etdi. 2) Birinci Tərəf 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı, **-SZ-*** (hazırki nömrəsi **-PN-***) nömrəli avtomobilin satışından gələn 6300 AZN gəlirdən və dövlət rüsumu üçün ödənilmiş 83 AZN vəsaitdən İkinci Tərəfin xeyrinə imtina edir. 3) İkinci Tərəf 2005-ci il buraxılışlı “Ford Tranzit” markalı, **-BH-*** nömrəli avtomobilin satışından gələn 6900 AZN gəlirdən, 50 AZN mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 89 AZN vəsaitdən Birinci Tərəfin xeyrinə imtina edir. 4) İkinci Tərəf 1999-cu il buraxılışlı “Ford Tranzit” markalı, **-KX-*** nömrəli və 2013cü il buraxılışlı “Hyundai İX35” markalı, **-OF-*** nömrəli avtomobillərə olan pay hüququndan Birinci Tərəfin xeyrinə imtina edir. 5) Tərəflərin Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 214/2023 nömrəli Qətnaməsi üzrə borcu qalmamışdır və bu əmlaklar üzrə bir-birinə qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1450/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə ərizəçi X5 maraqlı şəxslər Borclu və Bakı şəhəri 09 saylı Mediasiya Təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Tələbkar Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X5 adına qeydiyyata alınmış “Ford Transit” (yük sərnişin) markalı, ağ rəngli, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və 2013-cü il buraxılışı olan “Hyundai ix-35” (minik) markalı, ağ rəngli, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillər aralarında ½ hissədə bölünməlidir. Bundan başqa borcludan 7039 manat tutularaq ona ödənilməlidir. Qeyd olunan icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, icra sənədinin icrası təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə qanunamüvafiq qaydada İcraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu X1 icra haqqında bildiriş göndərilmiş və icra sənədinin sürəli aidiyyatı hissədə icra edilməsi üçün Azərbaycan Respublikası Daxılı işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat imtahan idarəsinə göndərilmişdir. Tələbkar Borclu 22.12 2023-cü il tarixil ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il larixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən “lcra sənədi üzrə icraata xitam Verilməsi haqqında” qarar qəbul edilmişdir. Əlavə olaraq bildirirlər ki, müraciətdə qeyd edilmiş 20.12 2023-cü il tanxdə Bakı 9 saylı Mediasıya Təşkilatında bağlanılmış “Barışıq sazişi” ilə bağlı hər hansı İcra sənədi icra edilməsi üçün məhkəmədən şöbəyə daxil olmadığından barışıq sazişi ilə bağlı icra tədbirləri həyata keçirilməmişdir. Məlumat üçün bildirilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinə əsasan, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq eldikdə icra sənədı üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində İcraata xitam verilməsinin əsasları öz əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-cı maddəsinə əsasən, İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icraatına xitam verilməsi əsasları öz əksini tapmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına icra sənədinin icrası təmin edilməsi əsası ilə xitam verilmişdir. Halbuki Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə tələbin icra olunması barədə hər hansı məlumat qeyd edilməmiş, sadəcə icraata xitam verilməsi xahiş edilmiş, icra məmuru icra sənədinin icra olunub-olunmadığını araşdırmadan və qərarında bu halları kifayət qədər əsaslandırmadan icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-214/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar