Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-407/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5836/2013 nömrəli, 02.09.2013-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov Borclu mülkiyyətində «VAZ 21723» minik markalı, **-VK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1531/2014 saylı, 22.08.2014-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Borclu mülkiyyətində «VAZ 21723» minik markalı, **-VK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5836/2013 saylı, 02.09.2013-cü il tarixli icra sənədi əsasən cavabdeh Borclu cəmi 3772.42 avro (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)- 1531/2014 saylı, 22.08.2014-cü il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21723” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar bank tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə təqdim olunmuş məktubda icra sənədinin məhkəməyə geri qaytarılması və borclu barəsində görülmüş məcburi icra tədbirlərinin ləğv edilməsi xahiş olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-1531/2014 saylı, 22.08.2014-cü il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21723” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1531/2014 saylı, 22.08.2014-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Borclu mülkiyyətində «VAZ 21723» minik markalı, **-VK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş ƏSF-nun Yasamal Rayon icra şöbəsinə ünvanladığı 26.05.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5836/2013 saylı, 02.09.2013-cü il tarixli icra sənədinin “İcra Haqqında” AR Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılması və borclu şəxslər barəsində görülmüş məcburi icra tədbirlərinin ləğv olunması xahiş olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində «VAZ 21723» minik markalı, **-VK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1531/2014 saylı, 22.08.2014-cü il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu mülkiyyətində «VAZ 21723» minik markalı, **-VK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-407/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-407/2022
13.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver