Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-407/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar X3 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar Qarayeva (İsgəndərova) Cəmilə Zakir qızı “aliment məbləğinin indeksasiyası”na dair ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018 tarixli qatnaməsilə tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan iki övladının xx.xx.2012-ci il tarixində anadan olmuş X4 və xx.xx.2013-cü il tarixində anadan olmuş X1 üçün ödənilməli olan pul məbləğinin indeksasiya edilərək artırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5288/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsilə iddia tələbi qismən təmin olunmuş, iddiaçı X7 ilə cavabdeh Borclu oğu arasında xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 223 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan iki övladlarının xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün cavabdehdən hər ay hər uşaq ücün 155 (yüz elli beş) manat, cəmi 310 (üç yüz on) manat sabit put məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi,alimentin tutulma müddətinin xx.xx.2018-ci il tarixdən hesablanması,alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qeyd edir ki, hazırkı vaxtadək məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etməmişdir. Hazırda ölkə üzrə yaşayış minimumu artırılmışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə aidiyyəti üzrə tələbkar, borclu və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edillərək, iddiaçı X7 ilə cavabdeh Borclu oğu arasında xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 223 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; iddiaçı X7 ilə cavabdeh Borclu oğunun birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 anası X3 himayəsində saxlanılması; xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 155 (yüz elli beş ) manat ,cəmi 310 (üç yüz on ) manat sabit put məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi; alimentin tutulma müddətinin xx.xx.2018-ci il tarixdən hesablanması; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. 2018-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsi ilə X7 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 223 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, iddiaçı X7 ilə cavabdeh Borclu oğunun birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X10 anası X3 himayəsində saxlanılması; xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 155 (yüz elli beş ) manat, cəmi 310 (üç yüz on) manat sabit put məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda tələbkar Qarayeva (İsgəndərova) Cəmilə Zakir qızı alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, 2018-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. 155 manat sabit pul məbləğində aliment 2018-ci il üçün minimum əmək haqqının 1,19 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməli olan alimentin məbləği 29 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,9 misli həddində indeksasiya edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməli olan alimentin məbləği 29 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-407/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-407/2025
10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver