Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-408/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)- 1196/2016 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" BOKT QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" BOKT QSC xx.xx.2022-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)- 1196/2016 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Quliyevin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSCyə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X10 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı orclu şəxs X8 dair sənədlər S-AVK- 676 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC -yə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1196/2016 saylı, 16 avqust 2016-cı il qətnaməsi ilə borclu X4 12282 ABŞ dolları məbləğində kredit borcunun və 25,20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X8 məxsus ipoteka ilə yüklü edilmiş **-MK-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2011, ban- LB37624S8BL049863, rəngi - boz metal) avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiyməti 1500 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı Yasamal rayon İcra Şöbəsi tərəfindən “X7” MMC X8 məxsus **-MK-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı avtomobilin satış qiymətinin 1500 manat müəyyən edilməklə 25 iyun 2018-ci il tarixə hərrac sifariş edilmiş, həmin tarixdə sözügedən avtomobil hərracda satılmış və satışdan əldə edilən vəsait qətnamə üzrə borcdan silinmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyev xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarda tələbin tam olaraq yerinə yetirilməsini əsas kimi göstərərək icraata xitam vermişdir. Qeyd olunan qərar Cəmiyyətə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Hazırda borclu X6 qətnamə üzrə icra olunmamış qalıq borcu 11427.04 ABŞ dolları təşkil edir. Odur ki, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi üçün İcra vərəqəsi yenidən Yasamal rayon İcra Şöbəsinə göndərilməlidir. Tələbkarın nümayəndəsi X5 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İş üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)- 1196/2016 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, icra hərəkətləri davam etdirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)-1196/2016 nömrəli icra sənədinə əsasən borclu X4 12282 ABŞ dolları məbləğində kredit borcu və 25,20 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli, tutma - X6 mülkiyyətindəki **-MK- *** dövlət qeydiyyat nömrəli “GEELY MK” markalı avtomobilə yönəldilməli, avtomobilin satışından əldə olunmuş pul vəsaiti borclunun banka olan borcunun ödənilməsinə yönəldilməlidir. “X7” MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 181 nömrəli protokoluna əsasən borcluya məxsus **-MK-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” markalı avtomobilin satış qiyməti 1500 manat müəyyən edilməklə hərraca çıxarılmış və 1515 manata hərracdan qalib-alıcı X1. "xxxx" ASC tərəfindən X6 12269,88 ABŞ dolları borcu xx.xx.2017-ci il tarixində "xxxx" QSC-yə ötürülmüş, borc üzrə ödənilən məbləğ yalnız əmlak satışından daxil olan 842,84 ABŞ dollarıdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyev xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)- 1196/2016 nömrəli icra sənədi tam icra edildiyini qeyd edərək, həmin icra sənədi üzrə başlanılmış icraatına xitam verilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, işin faktiki halları və iş materiallarında olan rəsmi sənədlərlə sübuta yetirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)-1196/2016 nömrəli icra sənədi tam icra olunmamışdır, borclunun banka borcu qalmışdır. Odur ki, icra məmurunun qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar ləğv edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən məcburi icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" BOKT QSC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2016-cı il tarixli 2(004)- 1196/2016 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyev xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-408/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-408/2022
16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver