Məhkəmə qərarları › İş №8(004)-412/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-412/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-412/2024 05.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar birgə nigah dövründə əldə olunmuş “HYUNDAİ SANTAFE minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona aid 1½ hissədə payından imtina etməsi və Borclu ilə X1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkemesinin e-2(004)-672/2024-039 nömrəli, xx.xx.2024-cü il tarixli icra senedine esasen borclu X2 ilə X1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, “HYUNDAİ SANTAFE minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Birgə nikah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu ilə Tələbkar arasında payları bərabər olmaqla bölünsün və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə daxil olmuş və icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə icra olunması üçün xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Daha sonra Tələbkar ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək birgə nigah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ona aid 1½ hissədə payından imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak Tələbkar izahatında bildirmişdir ki, “HYUNDAİ SANTAFE minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə olan öz payından borclunun xeyrinə imtina edir. Borclu da öz növbəsində onun mülkiyyətində olan, lakin tələbkarın istifadəsində olan nəqliyyat vasitəsinə öz payından imtina edir. Təqdimatın təmin edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu ilə X1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu ilə Tələbkar arasında payları bərabər olmaqla bölünsün və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu qızına 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu qızına sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən birgəı nikah dövründə əldə olunmuş “Hundai Santafe minik” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ona aid hissədə ½ payından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5- ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu ilə X1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, birgə nikah dövründə əldə olunmuş HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu ilə Tələbkar arasında payları bərabər olmaqla bölünmüş və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilmişdir. Hazırda Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş “Hundai Santafe minik” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ona aid hissədə ½ payından imtina etdiyini bildirmişdir. İcra məmuru isə təqdimatla məhkəməyə müraciət edərək tələbkarın payından imtina etməsi və Borclu ilə X1 arasında 2012-ci il buraxılışlı, ağ rəngli, HYUNDAİ SANTAFE minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icra məmurunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair təqdimatla müraciət etməsi yolverilməzdir. İcra məmuru məhkəmə iclasında iştirak etmədiyindən, ona təqdimata dair dəqiqləşmə aparması təklif oluna bilinməmişdir. Təqdimatdan görünür ki, icra məmurunun məsqədi icra sənədi üzrə icraata xitam verməkdir. Lakin hazırki qaydada deyil, icra haqqında qanunun tələblərinə riayət edilməklə, tələbkarın tələbdən imtinasının məhkəmə tərəfindən qəbul olunması ilə bağlı məhkəməyə müraciət olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi icraata xitam verilməsinin əsasları və qaydasını tənzimləyir. 20.1.1-ci maddəyə görə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki təqdimata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatı üzrə icraata xitam verilsin. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar