Məhkəmə qərarları › İş №8(004)-413/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-413/2023

19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-413/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayəti və şikayət vermə müddətinin bərpası haqqında ərizəsini yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: X1 şikayət və şikayət vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(040)-5134/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi, qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə alınmış məlumatdan görünür ki, tələbkarın eyni məzmunlu şikayəti əsasında, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5134/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Yasamal rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, müvafiq icra hərəkətlərinin həyata keçirilməsinin Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-396/2023 saylı qərardadı mövcuddur. Qərardad qanuni qüvvəyə minməmişdir. Məhkəmə hesab edir ki, tələbkarın eyni məzmunlu şikayəti üzrə Yasamal Rayon Məhkəməsinin qərardadı olduğundan şikayətin və şikayət vermə müddətinin bərpası haqqında ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayətin və şikayət vermə müddətinin bərpası haqqında ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 8(004)-413/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayəti yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirib ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar