Məhkəmə qərarları › İş №8(004)-413/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-413/2024

02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-413/2024 02.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə “Borclu əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan “HYUNDAİ TUCSON” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 nömrəli, 11,07.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 14741.02 manat tutularaq tələbkar X1 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə qanunamüvafiq qaydada başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Məcburi icra tədbirləri zamanı borcluya məxsus banklarda və digər kredit təşkilatlarında əmanətlər və qiymətli kağızlar aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı ünvana tərəfimdən baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Elektron icra informasiya sistemində borcluya məxsus əmanətlər və qiymətli kağızlar aşkar edilməmişdir. Həmin sistemdən müəyyən edilmişdir ki, Borclu adına “HYUNDAİ TUCSON ” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Tələbin borclunun əmlakına yönəldilməsi üçün sözügedən avtomobilin üzərinə həbs qoyulması məqsədə müvafiq hesab olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və təqdimat verən icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən, "Hyundai Tucson” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə ödənilməli olan borcun məbləğini, məcburiyyət tədbirinin ödənilməli məbləğə mütənasibliyi məsələsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan "Hyundai Tucson” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan "Hyundai Tucson” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar