Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-418/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X15 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinə izah verilməsi barədə iddiaçı X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m. olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X3 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-2579/2015 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsinin hansı qaydada icra olunması ilə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X4 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2579/15 nömrəli, 25 iyun 2015-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icraata qəbul olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014-014 nömrəli xx.xx.2014-cii il tarixli icra sənədini icra edilmədən həmin məhkəməyə geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixdə Qərar qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərar xx.xx.2025-ci il tarixdə rəsmi qaydada nümayəndəm X12 təqdim edilmişdir. Bundan sonra, tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixdə qərarı ləğv edilməsi və iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən həmin şöbəyə qaytarılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmiş və icra vərəqəsi yenidən icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra vərəqəsinin icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin əməkdaşları ilə birgə xx.xx.2025-ci il tarixdə mübahisə edilən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilə gedilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin əməkdaşları həmin mənzildə X7 yaşadığını müəyyən etmişdir. Həmin şəxsin icra məmuruna təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, o, mübahisəli mənzili X9 nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Bundan başqa, X13 tərəfindən icra məmuruna məhkəmə qətnamələri təqdim edilmişdir. Həmin qətnamələrdən aşağıdakılar müəyyən edilmişdir: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 245/2018 nömrəli, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X14 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 201 8-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1577/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisəli mənzilin 2 fərqli şəxsə təhvil verilməsi ilə bağlı qüvvədə olan məhkəmə qətnamələrinin mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasını təmin etmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, mövcud vəziyyəti və eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının məcburiliyini nəzərə alaraq, məhkəmə qətnaməsinin hansı qaydada icra olunmasına izah verilməlidir. Tərəflərə ərizəyə baxılması barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında üzürlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə ərizəyə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək, ərizənin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m. olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X3 təhvil verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinin anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Bu səbəbdən, hazırkı halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinin izah olunması barədə iddiaçı X2 ərizəsi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən məhəmə qətnaməsi icra edilmədiyi təqdirdə icra mmurubun hərəkətsizliyindən şikayət verilə, eləcə də icrası mümkün olmadığı halda icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinin izah olunması barədə iddiaçı X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-418/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-418/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver