Məhkəmə qərarları › İş №8(004)-42/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-42/2024

22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-42/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi Tələbkar (borclu) X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3179/2022-028 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" MTK tərəfindən cavabdeh X2 160.000,00 (bir yüz altmış min) manat kompensasiya ödənilməklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 176 saylı sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsində yerləşən cavabdehə məxsus olan özbaşına tikili sökülməlidir. Qeyd oluan icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə bərabər borcluya göndərilmişdir. İcra sənədin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Tələbkar bank hesablarına xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində inkasso sərəncamları tətbiq edilmiş və "xxxx" ASC-nin sərəncamları nəticəsində 3186,39 manat pul vəsaiti Yasamal icra şöbəsinin depozit hesabından tələbkara köçürülmüşdür. Tələbi təmin etmək məqsədilə Tələbkar MTK-nın aşkar edilmiş aktiv bank hesablarına icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qoyulması üçün "xxxx" ASC-yə, "xxxx" ASC-yə göndərilmiş, eləcə də xx.xx.2023-cü il tarixdə Tələbkar MTK-nın bank hesablarına inkasso sərəncamları tətbiq edilmişdir. İcra zamanı borclu Tələbkar MTK tərəfindən xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023cü il tarixdə 20000 manat və cari ilin iyul ayında 20000 manatın (ümumilikdə 63186,39 manat) tələbkar Borclu ödənilmişdir. Həmçinin icraat zamanı məlum olmuşdur ki, tələbkar Borclu məxsus özbaşına tikili (yaşayış evi) sökülməmiş və hazırda orda yaşayırlar. Qeyd olunanlarla yanaşı həmin Koorperativin bank hesablarına təkrarən xx.xx.2023-cü il tarixdə inkasso sərəncamları tətbiq edilmiş və hazıradək müsbət nəticə əldə edilməmişdir. "xxxx" MTK xx.xx.2023-cü il tarixdə, 01-12/23 saylı məktubla şöbəyə müraciət edərək vətəndaş X2 ödəniləcək pul məbləğinin qarşılığında borcu, Yasamal rayonu Mikayıl Müşviq küçəsi, X5 yanında inşa edilən bina 1, texniki mərtəbə (mansard), ümumi sahəsi 132.95 m2 olan texniki sahəyə yönəldilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq qalıq borcun ödənilməsi məqsədilə vətəndaş X2 ödəniləcək pul məbləğinin qarşılığında borcu, Yasamal rayonu Mikayıl Müşviq küçəsi, X5 yanında inşa edilən bina 1, texniki mərtəbə (mansard), ümumi sahəsi 132.95 m2 olan texniki sahəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (borclu) X4 izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında ona 160000 manat kompensasiya ödənilməsi qət edilmişdir. Sözügedən evin sahəsi isə 208 kv.m-dir. Bu məbləğdən 63000 manat hissədə ona hissə-hissə ödənilmişdir. Qarşı tərəflə birinci görüşü zamanı bildirmişdir ki, 132000 manat qarşılığında evi təhvil versin. Ancaq onlar bununla razılaşmamışlar. Hazırda isə nəzərə almaq lazımdır ki, evlərin qiyməti daha da bahalaşmışdır. Təqdimatın təmin edilməsinə etiraz etmirəm. İcra sənədi üzrə tələbkar (borclu) və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddələrinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan Tələbkar bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş və "xxxx" ASC-nin sərəncamları nəticəsində 3186,39 manat pul vəsaiti Yasamal icra şöbəsinin depozit hesabından tələbkara köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun bank hesablarına hebsin qoyulması haqqında qərardan görünür ki, "xxxx" MTK-nin "xxxx" ASC-də olan bütün bank hesablarına cəmi 160000 manat borc miqdarında həbs qoyulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun bank hesablarına hebsin qoyulması haqqında qərardan görünür ki, "xxxx" MTK-nin "xxxx" ASC-də olan bütün bank hesablarına cəmi 160000 manat borc miqdarında həbs qoyulmalıdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən Bakı Şəhəri Yasamal rayon icra şöbəsinə ünvalanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022 saylı qararına əsasan vətəndaş X2 Tələbkar MTK şirkəti tərəfindən ödəniləcək pul məbləğinin qarşılığında borcu Yasamal rayonu Mikayıl Müşviq küçəsi, X5 yanında inşa edilən bina 1, texniki mərtəbə (mansard), ümumi sahəsi 132.95 m2 olan texniki sahəsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC xx.xx.2023-cü il tarixində tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, "xxxx"a daxil olan icra sənədi əsasında "xxxx" MTK-nın hesabları bloklaşdırılmışdır. İş materiallarında olan Muğanbank ASC Mərkəz Filialı 20 iyun 2023-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, KRİSTAL-F MTK-nin (VÖEN: **********,128013.61 AZN (bir yüz iyirmi səkkiz min on üç manat 6.1 qəp.) AZN məbləğində borclunun bank hesablarına həbs qoyulmuşdur. Müştərinin hesablarında pul olmadığı üçün hesabdan pul tutulması mümkün olmamış və icraata götürülmüş, hesabları blok edilmişdir. Müştərinin hesabına vəsait daxil olan kimi, inkasso sərəncamlar ödənilməyi bildirilmişdir. İş materiallarında olan TuranBank ASC 23 iyun 2023-cü il tarixində tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 132/24 və 132E/24 saylı xx.xx.2023-cü il tarixli inkasso sərəncamları icraya qəbul olunmuşdur, lakin hesabda vəsait olmadığı üçün köçürülə bilməmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi yanında olan Aqrar Xidmətlər Agentliyi tərəfindən 25.12.203-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, "xxxx" MTK-nin mülkiyyətində traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 və X6 Xidməti tərəfindən 25.12.203-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin məktubuna cavab olaraq bildirilmişdir ki, "xxxx" MTK-nin adına kiçikhəcmli gəmi Xidmətdə qeydiyyata alınmamışdır. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən görünür ki, Kristal-F" MTKnin "xxxx" ASC-də, TuranBank ASC-də və Muğanbank ASC-də cari hesabları vardır. Məhkəmə icra sənədinin icrası üçün qalıq borc məbləğini, "xxxx" MTK-nın məktubunu nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022-028 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə Yasamal rayonu Mikayıl Müşviq küçəsi, X5 yanında inşa edilən bina 1, texniki mərtəbə (mansard), ümumi sahəsi 132.95 m2 olan texniki sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2022-028 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə Yasamal rayonu Mikayıl Müşviq küçəsi, X5 yanında inşa edilən bina 1, texniki mərtəbə (mansard), ümumi sahəsi 132.95 m2 olan texniki sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar