Məhkəmə qərarları › İş №8(004)-422/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-422/2024

09.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-422/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “borclunun məcburi gətirilməsi haqqında” Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “borclunun məcburi gətirilməsi haqqında” təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 15888 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış həmin tarixdə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi könüllü icra etməmişdir. Bununla əlaqədar Borclu dəfələrlə bildirişlər və xəbərdarlıq məktubları göndərilərək, həmçinin istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edib şöbəyə çağırılsa da o, icra məmurunun tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Borclu xəstəliyi ilə əlaqədar icra mumurunun çağırışlarına gəlmədiyini, borcunu hissə-hissə ödədiyini bildirərək, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın sürəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan “sms bildirişin” göndərilməsi barədə çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə Borclu sms bildiriş göndərilərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə çağırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktuba əsasən, Borclu xx.xx.2024-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə onun şöbəyə məcburi gətirilməsinə dair qərar qəbul ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “sms bildirişin” göndərilməsi barədə çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə Borclu sms bildiriş göndərilərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsi, 10 gün müddət ərzində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə icra qurumuna gəlmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, borclunun məhkəmə iclasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar