Məhkəmə qərarları › İş №8(004)-423/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-423/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-423/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi Borclu iştiraki ilə, İcra işi üzrə tələbkar "xxxx" MMC tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra işi üzrə tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4510/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün yenidən Yasamal rayon İcra Şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ümumilikdə 1497,63 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinətutulmasına dair Yasamal Rayon Mahkəməsinin 2(004)-4510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi Yasamal Rayon İcra şöbəsinin icraatına daxil olmuş, icra sənədi "İcra haqqında" Qanunun 23.1.3-cü maddəsinə əsasən icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə mahkəməyə qaytarılmışdır.Qərar xx.xx.2025-ci il tarixdə "xxxx" tərəfindən rəsmi qaydada əldə edilmişdir. Qeyd edilen qərarın əsassız olduğunu hesab edirlər. Belə ki, qərardan görünür ki, icra məmuru tərəfindan borclunun özünə məxsus əmlak təqaüd olub-olmaması barədə soğular göndərilmiş, mülkiyyətində rəsmi əmlak va rəsmi gəlirləri aşkar edilməməsi ilə kifayətlənməklə icra sənədi qaytarılmışdır. Halbuki, borclunun əmlak va gəlirləri barəda bütün tədbirlər görülməmiş, birgə nikah dövründə əldə edilmiş əmlakının olub-olmaması, üçüncü şəxslardə əmlakının olub-olmaması barədə araşdırılma aparılmamışdır. Eyni zamanda borcu ödəmək barədə mövqeyinin müəyyən edilməsi məqsədi ilə izahatı alınmamış, borclunun ünvanında baxış keçirilən zaman isə taləbkarın iştirakı təmin edilməmiş, bu barədə tələbkar təraf olaraq onlara hər hansı bildiriş göndərilməmişdir.Göründüyü kimi icra məmuru borclunun əmlak və gəlirlərinin axtarılması barədə formal tədbirlər görməklə kifayətlənmiş, əmlak ve gəlirləri barədə hərtərəfli araşdırma aparmadan icra sənədinin icra edilmədən mahkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Hesab edirlər ki, həmin halların araşdırılmadan icra sənədinin mahkəməyə qaytarılması qərarın ləğv edilməsi üçün asasdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, şikayətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxır, əvvəllər işləmədiyi üçün borcunu ödəyə bilmirdi, hazırda isə işləyir. İcra işi üzrə icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq, gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işin materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Apple iPhone 11 2020 Single Sim 64GB/black” markalı telefon üçün 1463 (bir min dörd yüz altmış üç) manat məbləğində borcun və 34,63 (otuz dörd manat altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarında görünür ki, 2(004)-4510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya icranı 10 gün müddətində könüllü icra etməsi barədə təklif olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli e263113/2023-53-31-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu tələbi 10 gün müddətində könüllü icra edilməsi, əks halda məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcra edilməyən və ya icrası mümkün olmayan icra sənədinin və ya digər orqana qaytarılması haqqında” qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu yaşadığı ünvana baxış keçirilmiş,lakin həmin ünvanda borcluya məxsus tələbin yönələ biləcəyi hər-hansı dəyərli əmlak aşkar edilməmişdir.Bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda “Elektron icra” informasiya sistemi üzərindən müvafiq dövlət orqanları, bank və təşkilatlara sorğular edilmiş, lakin borcluya məxsus hər hansı əmlal və gəlir növləri aşkar edilməmişdir. Belə olan halda icra sənədində göstərilən tələbin təmin edilməsi mümkün olmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində avtobus sürücüsü vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2-ci maddəsinə əsasən, Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3-cü maddəsinə əsasən, İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 43.1-ci maddəsinə əsasən, Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.3-cü maddəsinə əsasən, Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, sadəcə elektron icra sistemindən borclunun əmlak və gəlir məlumatlarını sorğulamaqla kifayətlənmiş, icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində avtobus sürücüsü vəzifəsində çalışması və aylıq əmək haqqının 400 manat təşkil etməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar