Məhkəmə qərarları › İş №8(004)-424/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-424/2024

04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-424/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “Borclu əmlakları üzərinə həbs qoyulması barədə” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli və e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Şamaxı rayonu, Əngəxaran kəndindəki 41 ədəd torpaq sahələrinin, Şamaxı rayonu, Əhmədli kəndindəki və Qax rayonu, İlisu kəndindəki torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 109.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X1 ödənilməlidir. Bundan başqa həmin məhkəmənin e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 300590 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədinin icrası bu müddət ərzində təmin edilməmişdir. Məcburi icra tədbirləri zamanı banklarda və digər kredit təşkilatlarında borcluya məxsus əmanətlər və qiymətli kağızlar aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, borclunun mülkiyyətində Şamaxı rayonu, Əngəxaran kəndində 41 ədəd torpaq sahəsi, Şamaxı rayonu Əhmədli kəndində və Qax rayonu İlisu kəndində torpaq sahələri mövcuddur. İcra işi üzrə icra məmuruna, bocrluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixli qərarlara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli və e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icraat başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli və e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, hər iki icra sənədi üzrə tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində Şamaxı rayonu, Əngəxaran kəndində, Şamaxı rayonu Əhmədli kəndində və Qax rayonu İlisu kəndində torpaq sahələri mövcuddur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadına əsasən müəyyən edilir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə cavabdehə məxsus nəqliyyat vasitələri və torpaq sahələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması xahiş edilsə də, ərizə qismən təmin edilərək, 2(004)-1613/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu mülkiyyətində olan “BMC” yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı,"X3 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, 10- ZO- 876 dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "X3 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, mede " "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirlməsi cavabdeh Borclu və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)- 291/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş,qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə borclunun öhdəliyinin həcmindən dəfələrlə artıq dəyəri olan əmlaklarına həbs qoymaqla mülkiyyət hüquqlarını pozmaqdan çəkinir. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi öhdəliyin həcmi əsas götürülməklə proporsional hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-291/2024 saylı qərardadına əsasən müəyyən edilir ki, borclunun əmlakının üzərinə həbs qoyulması zamanı ümumi öhdəliyin həcmi nəzərə alınmış, gərəksiz məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən çəkinilmişdir. Öhdəliyin ümumi həcminin təxminən 480.000 manat təşkil etməsi, borclunun aylıq gəlirlərindən tutulmaların aparılması və üzərinə həbs qoyulmuş əmlakların dəyərinin öhdəliyin ümumi həcmindən yüksək məbləğ təşkil etməsi xüsusatı nəzərə alınır. Hazırki təqdimatın tam təmin edilməsi borcluya münasibətdə həddən artıq gərəksiz məhdudiyyət tədbirlərinin tətbiq edilməsinə səbəb ola bilər. Məhkəmə icra orqanına izah edir ki, üzərinə həbs qoyulmuş əmlakların açıq hərracdan satılması və əldə edilən vəsaitin borca yönəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməli, əmlakların üzərinə qoyulmuş məhdudiyyətlər formal əsaslarla qalmamalıdır. Əgər həmin tədbirlər nəticə vermədikdə, bu halda digər əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edilməsi yolveriləndir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “Borclu əmlakları üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar