Məhkəmə qərarları › İş №8(004)-426/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-426/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-426/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, X2 nümayəndəsi X6 iştirakları ilə, X2 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs2 hər bir uşaq üçün 193 manat , cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment artırılaraq hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2025-ci il üçün 400 manat) 0,64 misli həddində (2025-ci il üçün 256 manat) indeksasiya olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X9 ilə cavabdeh Maraqlı şəxs2 arasında 11 iyun 2013-cü il tarixdə Bakı şəhəri, Səadət sarayı nikah evində 990 nömrəli akt qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022 saylı, xx.xx.2022ci il qətnaməsi ilə X9 ilə Maraqlı şəxs2 arasında 11 iyun 2013-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) 990 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi X5 yanında qalmasına, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs2 hər bir uşaq üçün 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Hazırda övladının saxlanması və zəruri xərclərinin qarşılanması üçün ödənilən 193 manat məbləğində aliment onun xərclərini ödəmir. Belə ki, övladı hazırda orta məktəbə gedir, dərsdən sonra ödənişli əsaslarla əlavə məşğələlər təşkil olunur. Həmin məşğələlər uşaqların keçilən dərsi daha yaxşı qavramalarına və daha dərindən öyrənmələrinə kömək edir. Lakin maddi baxımdan çətinlik çəkdiyi üçün övladları həmin məşğələlərə, eləcə də digər hazırlıqlara qoya bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) X5 nümayəndəsi (atası) X11 ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclu və icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X9 ilə Maraqlı şəxs2 arasında 11 iyun 2013-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) 990 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X14 yetkinlik yaşlarına çatana kimi X5 yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay hər biri üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Maraqlı şəxs2 tutularaq X7 ödənilməsi, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs2 hər bir uşaq üçün 193 manat , cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi, nikahın pozulması iddiası ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, 46 (qırx altı) manat mediasiya xərci və 276 (iki yüz yetmiş altı) manat vəkil xərci Maraqlı şəxs2 tutularaq X7 ödənilməsi və aliment iddiası ilə əlaqədar Maraqlı şəxs2 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda da aliment məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edilən vaxtdan, yəni 05 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 01-dən 300 manat müəyyən edilsin.” İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 193 manat məbləğdə müəyyən edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 193 manat məbləğdə müəyyən edilmişdir. 2022-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 300 manat müəyyən edilmişdir. 193 manat məbləğdə aliment 2022-ci il üçün minimum əmək haqqının 0,64 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X7 ödənilməli alimentin məbləği 05 iyun 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar