Məhkəmə qərarları › İş №8(004)-428/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-428/2025

21.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-428/2025 21.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Borclu iştiraki ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Alimentin tutulması xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə Borclu xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmamış və 9.062 manat gecikdirilən aliment borcunun ödənişi həyata keçirilməmişdir. Borclu hazırda aliment borcu mövcuddur. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, hal-hazırda işləmir. Maddi cəhətdən bir sıra sıxıntıları vardır. Onun bu günə qədər ölkədən getmək kimi planı olmamışdır və bu gün də yoxdur. Yaxın zamanlarda 1000 manat məbləğində ödəniş etmişdir. İcra məmuru ilə danışıqlarında aylıq 400 manat ödəməsi barədə razılıq əldə etmişlər. Onu da qeyd etdi ki, uşağının bütün ehtiyacları təmin edilir. Sonradan yenidən ailə həyatı qurmuşdur. Tələbkarla danışıq aparsa da, aralarında həmişə mübahisə aparır. Odur ki, icra məmurunun təqdimatının təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması xx.xx.2019-cu il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. Borclu qərarı xx.xx.2019-cu il tarixdə imza etməklə qəbul etmişdir. xx.xx.2019-cu il tarixli, e91003/2019-53-25 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu tələbin təmin edilməsi üçün 10 gün müddət verilmiş, əks halda Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən məsuliyyətə cəlb ediləcəyi xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışlarına gəlməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixdə saat 17:00-a qədər 1000 manat ödəyəcəyinə söz vermiş və yaxın 10 gün ərzində 2000 manat ödəyəcəyini, iltizamda yazılanlara əməl etmədiyi halda inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunduğunu bildirmişdir. Borclu Yasamal rayon İcra şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, mütamadi aliment ödənişlərini etmişdir. Nağd şəkildə ödənişlər etmişdir, lakin qarşı tərəf bunu qəbul etmir. Anası və o, daimi olaraq maddi yardımlar etmişlər, hazırlıqlarının pulu ödəmişlər. 7462 manat təşkil edən aliment borcundan sabah 1000 manat ödəniş edəcəkdir. 10 gün ərzində borcumun yarısını bağlayacaq. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. X1 ilə 2023-ci il fevral ayında nikaha daxil olmuşdur. X3 mülkiyyətində KİA RİO minik markalı 77-EG- 194 d.q.n nəqliyyat vasitəsi kreditlə alınıb və hazırda ABB-yə kredit ödəyirlər. Qeyd olunan nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərir. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Borclu Tələbkar 10.662 manat aliment borcundan 1000 manatı ödədiyini, yerdə qalan borcunu qısa zaman ərzində (10 gün) bağlayacağı ilə bağlı üzərinə öhdəlik götürdüyünü, borcunu ödəmədiyi təqdirdə İXM-in 528.1-ci maddəsi və AR CM-in 306.1-ci maddəsinin tələblərinə əsasən, məsuliyyəti barədə xəbərdar olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Tələbkar məxsus 416973******4235 nömrəli kart hesabına 300 manat manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Tələbkar məxsus 416973******4235 nömrəli kart hesabına 1000 manat pul ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu vergi ödəyicisi kimi xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır və əsas fəaliyyət istiqaməti avtobus daşımalarıdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. İş materiallarından görünür ki, borclu dəfələrlə icra şöbəsi tərəfindən ona xəbərdarlıq edilməsinə, borcunu ödəyəcəyi barədə iltizam verməsinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, icra sənədini icrasını təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar