Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-430/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahveridiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-219/2022-015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1806 manat pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə iş üzrə borclu İ. Axundovun mülkiyyətində hərhansı dəyərli əmlakın və ya gəlirlərin olub-olmaması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Həmçinin əldə olunan məlumata əsasən İ. Axudov ölkəni tez-tez tərk edir, belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı bildirişi xx.xx.2022-ci il tarixində almışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılabilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-219/2022-015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-219/2022-015 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən icra vərəqəsi üzrə borclu xx.xx.1978-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №8(004)-430/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-430/2022
30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver