Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-430/2024 23.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və işin icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 1837/2023 saylı, 10 aprel 2023-cü il tarixli məhkəmənin yekun qərarına əsasən, cavabdeh Borclu cəmi 863.09 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra məhkəmə qətnaməsi icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş, Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Həmin vaxtdan borclu üçün könüllü icra edilməsi üçün vaxt verilmiş, lakin borclu qərarın könüllü icrasını yerinə yetirməmişdir. Yasamal rayon icra Şöbəsinin icra məmuru X3 tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına sorğular edilmiş, lakin borcluya məxsus hər hansı bir əmlak və gəlir növləri aşkar edilməmiş və eyni zamanda icra məmuru tərəfdən borclunun yaşadığı ünvanda olan zaman borclunun uzun müddətdir həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Yasamal rayon icra şöbəsinin icra məmuru X3 öz növbəsində xx.xx.2023-cü il tarixində qərar qəbul edərək icra sənədini icra edə bilmədiyi üçün, Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini rəhbər tutaraq, Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə əmrini İcra haqqında, Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinə geri qaytarmışdır. İcra tədbirlərinin görülməsi üçün xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək Yasamal rayon icra şöbəsinin icra məmuru X1 xahiş edilmişdir. Məlum olmuşdur ki, icra məmuru tərəfindən Azərbaycan Respublikasının icra haqqından qanunun 23.1.3 cü maddəsinə əsasən icra vərəqəsi Yasamal rayon Məhkəməsinə geri qaytarmışdır, qəbul edilmiş qərarın sürəti tələbkara xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Qeyd olunur ki, Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə razı deyillər. Belə ki, məhkəmənin yekun qərarı lazımınca icra edilməmiş, zəruri icra tədbirləri görülməmişdir. Belə ki, Borclu barəsində axtarışın verilməsi və ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması kimi və digər məcburi icra tədbirləri görülməmilşdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, iddianın təmin edilməsi, Borclu 815,57 manat əsas, 17,12 manat faiz, cəmi 832,69 manat borc və 30,4 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərara əsasən, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu ünvan 3 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş lakin həmin ünvanda zəruri ev əşyalarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin "Elektoron icra” informasiya sistemi vasitəsilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir növləri aşkar edilməmişdir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(04)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Məhkəmə şikayət ərizəsi, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilməmiş, borclunun izahatı alınmamış və digər icra tədbirləri həyata keçirilməmişdir. Tələbkara ünvanlanan məktubda məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edildiyi göstərilsə də həmin sorğular icra işinin materiallarında aşkar olunmamışdır. “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarda Borclu ünvan 3 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş lakin həmin ünvanda zəruri ev əşyalarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyi və bu barədə müvafiq akt tərtib edildiyi qeyd edilsə də, icra işinin materiallarında müvafiq akta rast gəlinməmişdir. Beləliklə, göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərar qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-430/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-430/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver