Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-431/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2291/2021-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə borclu "xxxx" MMC arasında bağlanmış 13.01 2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Borclu "xxxx" MMC 34000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2291/2021-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin üzərinə həbs qoyulması məsələsinə baxmağınızı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2291/2021-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə borclu "xxxx" MMC arasında bağlanmış 13.01 2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Borclu "xxxx" MMC 34000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq iş üzrə borclu icranı könüllü təmin etməmişdir. “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, borclu "xxxx" MMC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan həmin mənzillərin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən borclu "xxxx" MMC Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə müvafiq bildiriş göndərilmişdir. Lakin borclu borcun ödənilməsini təmin etməmişdir. Elektron icra məlumatlarından müəyyən edilir ki, borclu "xxxx" MMC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil var. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Belə ki, borcun məbləği 34000 manat təşkil edir və borcluya məxsus olan on üç mənzildən üçünün üzərinə həbs qoyulması borcun ödənilməsini təmin etmək üçün yetərlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə rədd edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-431/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-431/2022
28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver