Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-432/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar nümayəndəsi Nümayəndə, Borclu və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu- xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (pasport №U********) ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 5784 manat tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Borclu vəkili Vəkil məhkəməyə icra məmurunun təqdimatına dair etiraz qeydləri təqdim edərək, qeyd etmişdir ki, Yasamal rayon məhkəməsində baxılmış 2(004)-1503/2021 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ümumilikdə 5784 manat pulun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş icra sənədi üzrə Borclu, onun tərəfindən ödənilməli olan ümumilikdə 5784 manat pulun ödənilməsinə etiraz etmir. Həmin pulun əsas hissəsi onun tərəfindən könüllü olaraq ödənilmişdir. Tərəflərindən işə baxmış Yasamal rayon məhkəməsinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinə 12 oktyabr 2022-cı il tarixli ərizə ilə müraciət edilərək Borclu əmlak vəziyyəti, yəni, aylıq əmək haqqının 350 manat təşkil etməsi, hər ay 300-500 manat məbləğində aliment ödəməsi, hazırda himayəsində 3 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən olması, mülkiyyətində yaşayış evi olmadığına görə hər ay mənzil kirayə haqqı ödəməsi, əvvəlki nikahdan doğulmuş uşağa aliment ödəməsi, bu səbəblərdən maddi durumunun ağır olması nəzərə alınmaqla, ümumilikdə ödəməli olduğu 5784 manat məbləğində pulu ayda 300 manat olmaqla hissə-hissə ödəməyə qadir olduğu bildirilmişdir. Bundan əlavə tərəflərindən icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə barədə 17 noyabr 2022-ci il tarixdə Tələbkar və onun atası X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra iş üzrə tərəflər arasında razılıq əldə olunduğundan, yəni Borclu ödəməli olduğu pulu hissə-hissə ödəməsi və tələbkara və onun atasına qarşı qaldırdığı iddiadan imtina etməsi şərti ilə razılaşdıqlarından tərəflərindən ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək 2(004)- 6139/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(004)- 6139/2022 saylı qərardadında əsasən ərizənin təmin edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Razılaşmadan sonra Borclu üzərinə götürdüyü öhdəliyi vaxtlı- vaxtında icra etmiş və hər ay ödəməli olduğu pulu hissə-hissə ödəmişdir. Lakin 2023-cü ilin fevral ayında borclunun valideynlərinin yaşadığı Türkiyənin Hatay vilayətində son əsrin ən dağıdıcı zəlzələsi olduğundan Borclu evləri dağılmış və xəsarət aımış valideynlərinin arxacına Hatay vilayətinə getmiş, valideynlərini dağıntılar arasından xilas etmiş, ilkin müalicələrini təşkil etdikdən sonra onları özü ilə Azərbayacan gətirmişdir. Hazırda valideynləri Borclu himayəsində olmaqla onların bütün xərcləri, yəni qidalanmaları, müalicələri, yaşamaları və s. xərclərinin hamısı Borclu tərəfindən qarşılanır. Bununla bərabər Borclu ödəməli olduğu pulu tələbkara hissə-hissə ödəməkdə davam edir. Belə olduğu təqdirdə icra məmurunun hazırkı təqdimatla məhkəməyə müraciət etməsi ən azı ədalətsizlikdir. Məhkəmə iclasinda Tələbkar nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, borclu öz məsuliyyətindən yayınmaq üçün Borclu cəmi 5784 manat tutularaq Tələbkar ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələrdinən şikayət vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Daha sonra, qətnamənmin icrası mərhələsində də borclu icra sənədini könülklü icra etməmiş, tərəflərindən onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı icra şöbəsinə şikayət edilmişdir. Borclu hər dəfə onun barəsində şikayət edildiyi zaman icra şöbəsinə yaxınlaşaraq, az məbləğdə ödənişlər etmişdir. Sonuncu dəfə 2022-ci ilin dekabr ayında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilmiş və 2023-cü ilin mart ayının sonuna kimi borcun tamamilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, o yenə də ödənişləri icra etməmi və hazırda 2994 manat borcu vardır. Borclu maddi vəziyyətinin yaxşı olmadığını qeyd etsə də, o öz adı ilə bağlı olan "xxxx" MMC-də memar vəzifəsində çalışır və əmək haqqısı 350 manat deyil. Borclu məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınır. Borclunun Türkiyə Respublikasının vətəndaşı olmasını, onun tez-tez Türkiyə Respublikasına getməsini və icra sənədinin icrasından yayınması hallarını nəzərə alaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət olduğunu hesab edir. Odur ki, təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahi etmişdir. Məhkəmə iclasinda Borclu və onun vəkili Vəkil icra məmurunun təqdimatına dair etiraz qeydlərinin məzmununa uyğun izahat vermiş və məhkəmədən təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclu 5784 manat məbləğində pul Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada təqdim edilmiş və borcluya Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Borclu izahatından görünür ki, borclu “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacaqı və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tuturaq inzibati məsuliyyətə cəlb olunmağıma dair inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı və daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdar məhrumetmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndəriləcəyi barədə xəbərdar olunmuşdur. İcra işinin materiallarından və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra sənədinin üzrə Borclu tərəfindən 2800 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun xarici ölkə vətəndaşı olmasını və ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-432/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-432/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver