Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-435/2022 22.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 8(004)-2416/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Abşeron rayon İcra şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 624,04 manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Abşeron rayon İcra Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 8(004)-2416/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli qərarla icraata başladığı Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 624,04 manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat verilmiş, Yasamal Rayon Məhkəməsinin 8(004)-2416/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra hərəkətləri nəticəsində Abşeron rayon İcra şöbəsinə təqdim olunmuş "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra vərəqəsində göstərilən tələb təmin olunmuşdur. Borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu, tələbkar və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra Şöbəsinə müraciət edərək İslamov X1 Rayon Məhkəməsinin 2(004)-4492/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcunu tam ödədiyi üçün icra sənədinə xitam verilməsini xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsinin İcra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2022-ci il tarixli qərarına əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-4492/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Yasamal Rayon Məhkəməsinin 8(004)-2416/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-2416/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-435/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-435/2022
22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver