Məhkəmə qərarları › İş №8(004)-436/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-436/2023

10.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-436/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-547/2021 nömrəli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(004)-5219/2020 nömrəli icra sənədi üzrə Borclu xx.xx.2019-cu il tarixli 00955773 nömrəli müqavilə üzrə aldığı “X5 7” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 592 manat əsas borc və 59 manat cərimə; xx.xx.2019-cu il tarixli 00955665 nömrəli müqavilə üzrə aldığı “HP” markalı komputer və “X4” çantanın dəyərindən ödənilməmiş qalan 770 manat əsas borc və 77 manat cərimə olmaqla, ümumilikdə 1.498 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.528 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasov xx.xx.2021-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı; “Toyota Prius (hibrid)” markalı ** RY *** dövlət qeydiyyat nişanlı və “Hyundaı İ30” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 8(004)-547/2021 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020cı il tarixli 2(004)-5219/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı, 2007-ci il buraxılışlı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimat qalan hissədə, yəni - “Borclu mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, 2009-cu il buraxılışlı, ** RY *** dövlət qeydiyyat nişanlı və “Hyundaı İ30” markalı, 2009-cu il buraxılışlı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması” hissəsində rədd edilmişdir. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 8(004)-547/2021 nömrəli qərardadı ilə borclu Əbdülhafiz Elçin oğlunun mülkiyyətində olan “Opel Astra H” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş etmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, zərurət aradan qalxdığına görə borclunun əmlakının üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, tələbkar "xxxx" MMC xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək, borcun ödənildiyini bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 8(004)-547/2021 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı, 2007-ci il buraxılışlı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar