Məhkəmə qərarları › İş №8(004)-437/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-437/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-437/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi (tələbkar) Tələbkar, Borclu iştirakları ilə, Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar xx.xx.2025-ci il tarixdə ərizə verərək, ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi övladı üçün təyin edilmiş 110 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və 01 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin borclu X2 tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə (tələbkara) geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar