Məhkəmə qərarları › İş №8(004)-44/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-44/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-44/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu – xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 48B ünavnında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən Borclu 23774,61 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin Borclu 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə qanunamüvafiq qaydada başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə borc ödənilməmişdir. İcraat zamanı Elektron icra informasiya sistemindən Borclu məxsus hər hansı əmlak müəyyən edilməmişdir. Həmin sistemdə Borclu 300 manat əmək haqqı ilə "A_Studıo By Borclu" MMC-də işləməsi qeyd olunsa da, cəmiyyətin fəaliyyət göstərdiyi ünvanı müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı borclu ilə telefon əlaqəsi yaradılmış və şöbəyə dəvət edilmiş, lakin o, gələcəyini bildirsə də, icra məmurunun tələbini yerinə yetirməmişdir. Bundan başqa Elektron icra informasiya sistemindən məlum olmuşdur ki, borclu fərdi sahibkar kimi qeydiyyatda olduğu ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Həmin ünvanda olarkən Borclu məxsus əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə könüllü icra haqqında bildiriş Borclu imza etdirilməklə təqdim edilmiş, lakin bundan sonra da icra sənədi üzrə tələb yerinə yetirilməmişdir. İcra sənədi Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında borclu tərəfindən icra sənədi üzrə borc məbləğindən cəmi 500 manat ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini bildirmiş və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 23614,61 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 160 manat pulun tutularaq "xxxx" MMC-yə öənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmiş və borcluya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixlu Aktdan görünür ki, Borclu qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, borclu həmin ünvanda yaşamır və ona məxus tələbin yönəldilə biləcəyi hər hansı əmlak yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədlərinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədlərinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 48B ünavnında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar