Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-441/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkarın (şikayətçinin) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İş üzrə tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2023-cü il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5ci maddəsi əsasında, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv olunması, qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icraata başlamaq haqqında qərarının qəbul etdiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Borclu cəmi 183,35 manat məbləğində borc və 20 manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulmasına dair 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri (hakim-Zəfər Quliyev) vardır. İcra sənədi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, icra məmuru X2 tərəfindən həmin icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Göstərilənlərlə bağlı bildirmişdir ki, həmin qərar qanunla müəyyən olunmuş qaydada onlara təqdim edilməmiş və qərarı mübahisələndirmək imkanı olmamışdır. Odur ki, aşağıdakı göstərilən əsaslarla hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 qərarı qanunsuz hesab edilməklə ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, Borclu Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 203,35 (iki yüz üç manat, otuz beş qəpik) manat təşkil edir və həmin tarixdən bəri heç bir həcmdə icra edilmir. Onların icra məmurunun icraata xitam verilməsi ilə bağlı qərarından xx.xx.2024-cü il tarixində Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu tərəflərindən rəsmi qəbul edildikdən sonra məlumatları olmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkarın (şikayətçinin) nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək, məhkəmədən onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq, iş materiallarını və icra işini araşdıraraq, hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9168/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 203,35 manat məbləğində borcun tutulması əmr edilmişdir. Elektron sisdemdən olan çıxarışa əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi əsasında icraata xitam verilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən hal-hazırda "xxxx" ASC-yə 203,35 manat borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasənməhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləriAzərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəlişəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanlarınqərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlarahəvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasınınqanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 8.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanlarınqərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanınvəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasənicra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinəəsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlartərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyəşikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icraməmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icraata başlanılmış, icra məmuru tərəfindən bütün zəruri icra tədbirləri görülmədən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə istinad edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9168/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Hazırda tələbkar icra sənədində göstərilənlərin icra olunmadığını bildirərək, Yasamal rayon icra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edilməsini tələb edir. Məhkəmə icra sənədinintam icra olunmadığını nəzərə alaraq hesab edir ki, tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-441/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-441/2024
17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver