Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-441/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, X2, Borclu iştirakları ilə, X2 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 “alimentin indeksasiyası barədə” ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 09 dekabr 2021-ci ildə 2(004)-5428/2021 nömrəli qətnaməsi ilə X3 ilə Borclu arasındakı xx.xx.2010-cu il tarixli nikah pozulmuşdur. Borclu birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatmayan uşağın Ü.V.Qədimovanın himayəsində qalması və Borclu yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda qızının Əkbərli Dənizin 15 yaşı var və bir məktəbli kimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, Borclu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəçi X5 alimentin artırılması barədə tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, borclu sistemə əlavə etdiyi dəlil və sübutlara əsasən bildirir ki, o psixi və ruhi xəstə olduğu üçün Maştağada müalicə alır. O ən ciddi dərəcədə psixiki və ruhi xəstədir. Buna görədə onun əmək qəbailiyyəti yoxdur. Bütün bunları həmçinində onun Maştağa xəstəxanasındakı müalicə həkimi Nihad doktor da (***- ***-**-** reseptlərin üzərində də nömrəsi var) təsdiq edə bilər. Həmçinində aidiyyati üzrə səhiyyə ocağına sorğu verib əlavə olaraq da təsdiq edici sənədləri almaq mümkündür. Borclu bildirir ki, əlavə etdiyi dəlil və sübutlardan göründüyü kimi AR SN Ambulator Kitabçadan (xəstəlik tarixindən) 057376 saylı Çıxarışdan da məlum olur ki o müvafiq diaqnoz ilə ruhi xəstə olduğu üçün müalicə alır. Həmçinin də əlavə etdiyi reseptlərdən də görünür ki, həmin dərmanlar ciddi nəzrətlə verilən güclü psixotrop vasitələrdir. Bir sözlə o qeyd edir ki, ağır vəziyyətdə olan ruhi və psixiki xəstə adamdır. O işləyə bilmədiyi üçün öz müalicə dərmanlarını güclə tapıb ala bilir. Bildirir ki, heç cür aliment ödəyə bilməz. Məhkəmə iclasında iştirak edən X3 ərizəni müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında ruhi və psixi xəstə olduğunu, iddiaçıya ev aldığını bildirmiş və alimentin indeksasiya olunması barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X7 əsasən minimum aylıq əmək haqqının məbləği 2021-ci il üzrə 250 manat olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, iddiaçı X8 ilə cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixli 50 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X9 anası X5 himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Borclu tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. X4 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 175 manat məbləğdə müəyyən edilmişdir. 2021-ci ildə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 175 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-441/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-441/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver