Məhkəmə qərarları › İş №8(004)-442/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-442/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-442/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 “əmlak üzərinə həbsin qoyulması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Maraqlı şəxs mülkiyyətində olan “X4 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Borclu payı həcmində həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yetkinlik yaşına çatmayan 28 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi nəcburi icra tədbirinin tətbiqinə sas verir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, lakin Borclu məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Borclu vətəndaş Maraqlı şəxs ilə nikahda olduğu məlum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə edilmiş sorğuya əsasən Borclu və Maraqlı şəxs xx.xx.2018-ci il tarixində 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olduqları məlum olmuşdur. İcraat zamanı Borclu arvadı Maraqlı şəxs mülkiyyətində olan “X4 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən ər-arvadın birgə nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 18 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. 18 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Tələbkar izahatında təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, marağına toxunan şəxs Maraqlı şəxs məhkəməyə teleqram vuraraq Bakı şəhərində olmadığını və məhkəmə iclasında iştirak edə bilməyəcəyini, hal-hazırda mülkiyyətində birgə nikah dövründə əldə olunan əmlakının olmadığını, əmlakı özgəninkiləşdirdiyini bildirmişdir. İcra işi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq borclu və maraqlı şəxsin iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işini və icra işində olan sənədləri araşdıraraq, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Təqdimata əlavə olunmuş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, yetkinlik yaşına çatmayan 28 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görnür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata balanılması qərara alınmışdır. xx.xx.2020-ci tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu qeyd olunan bildirişi xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. İcra işi üzrə Borclu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə verdiyi izahatın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən xəbərdardır, 2020-ci ilin mart ayına qədər problemləri olduğuna görə heç bir ödəniş etməmiş, lakin 2021-ci ilin mart ayından təqribi 1000 manat ödəniş etmişdir, yaxın dörd gün ərzində 400 manat ödəniş edəcəyi, qalan 1000 manat isə hissə-hissə ödəyəcəyinə dair tələbkar ilə razılığa gəlmişlər, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, aidiyyatı təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur, tutulmaqdan qorxduğuna görə icra şöbəsinə gəlmirdi, fikirləşirdi ki, ödəniş edib sonra gəlsin, lakin bu gün saxlanılmışdır, bundan sonra söz verir ki, icra məmuru tərəfindən çağırıldıqda icradan yayınmayacaq və vaxtında ödənişlərini edəcəkdir. İcra işi üzrə Tələbkar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə yazdığı ərizənin surətindən görünür ki, Borclu ona cəmi 1000 manat aliment ödəniş etmişdir, cavabdehin ona 1400 manat borcu vardır, icra şöbəsində qarşı tərəflə əldə olunmuş razılığa əsasən yaxın dörd gün ərzində ona 400 manat ödəniş edəcək, yerdə qalan 1000 manat borcu isə hər ay hissə-hissə aylıq aliment ödənişindən əlavə ödəyəcəkdir. Bu səbəbdən borclu barəsində məcburi icra tədbirnin görülməməsini, lakin icranı ödəmədiyi təqdirdə bütün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş xx.xx.2023-cü i tarixli, sorğuya cavab məktubundan görünür ki, Borclu və Maraqlı şəxs xx.xx.2018-ci il tarixində 1661 saylı aktla 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində nikaha daxil olmuşdurlar. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görürür ki, “X4 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, hazırki əmlakın əldə olunması birgə nikah dövrünə təsadüf etsə də, ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi təqdimata əlavə edilmiş sənədlərdən və icra işinin materiallarından görünmür. Həmçinin, ər-arvad arasında ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması icra işinin materiallarından görünmür. Belə olan halda, məhkəmə marağına toxunan şəxin mülkiyyətində olan “X4 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3707/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Maraqlı şəxs mülkiyyətində olan “X4 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Borclu payı həcmində həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar