Məhkəmə qərarları › İş №8(004)-445/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-445/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-445/2023 20.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)- 3887/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)- 3887/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı Tələbkar iddia tələbi təmin edilərək, iddiaçı Tələbkar və cavabdeh İbrahimova Samirə Vidadi qızının paylı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 nömrəli mənzil açıq hərracda satılması və mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissəsi Tələbkar, ½ hissəsi İbrahimova Samirə Vidadi qızına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-7443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İbrahimova Samirə Vidadi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)-3887/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1589/2023 nömrəli qərarına əsasən, cavabdeh İbrahimova Samirə Vidadi qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-7443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara lınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. X2 ərizə ilə məhkəmyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e- 2(004)-3887/2022 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2(004)-3887/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı iddiası təmin edilərək, onların paylı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 nömrəli mənzilin açıq hərracda satılmasına, mənzilin satışından əldə edilən vəsaitin paylarına uyğun olaraq, yəni hər tərəfə münasibətdə 2/1 hissədə bizə verilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2(004)-3887/2022 saylı qətnaməsi icraya yönəlmişdir. Qeyd olunmalıdır ki,onun cavabdeh Tələbkar qarşı ünvan 1 ünvanında yerləşən 341 nömrəli mənzilə köçürülmə tələbim Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2034/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsilə təmin edilmişdir. Yetkinlik yaşına çatmayan uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X7 da onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Hazırda, Nərimanov rayon Məhkəməsinin e-2(005)-1285/2023-cü il saylı, 2 iyun 2023-cü il tarixli qərarı ilə babaları X5 onun övladları X4 və X6 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş və övladlarının qeydiyyatda olduqları Bakı şəhəri Nərimanov rayonu, İ. Dadaşov küçəsi, ev 50, 29 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Lakin, Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2(004)- 3887/2022 saylı icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Emil Abıyevin 114249/24 saylı hərracın keçirilməsi barədə sifariş məktubu əsasında yeganə yaşyış yeri olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 nömrəli mənzil açıq hərracda satışa çıxarılmışdır. (Əmlak Hərrac Mərkəzinin işə əlavə olunmuş 07 iyun 2023-cü il tarixli məktubu) Lakin, 25 iyun 2023-cü il tarixə təyin olunmuş hərrac baş tutmamış və açıq hərracın yenidən keçirilməsi 10% aşağı qiymətlə (135.000 manata) 14 iyul 2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, paylı mülkiyyətdə olan əmlakın açıqq hərrac vasitəsilə satışı onun mülkiyyətinin dəyərini aşağı saldığı kimi, qarşı təfrəfın də mənafələrinə zərbə vurur. Hazırda ailə üzvülərinin (yaxın qohumlarımın) maddi köməkliyi ilə 50 000 (əlli min) manat məbləğində pul vəsaiti əldə etmişdir və 01 yanvar 2024-cü il tarixə qədər geridə qalan məbləği, yəni 25 min manatı da əldə edib cəmi 75 min manatı qarşı tərəfə ödəməklə mübahisəli mənzili tam mülkiyyətinə keçirə bilər. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli yaşayış mənzili onun və övladlarının yeganə yaşayış və sığınacaq yeridir. Eyni zamanda paylı mülkiyyətdə olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 nömrəli mənzili 6 (altı) ay müddətində 150 min manata satın almağı qarşı tərəfin də mənafelərinə daha uyğun gəlir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsi dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilərsə, bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Həmçinin, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, icra sənədi mənzilin açıq hərracdan satılması və satışından əldə edilən vəsait tərəflərə paylarına uyğun olaraq verilməsi ilə bağlıdır. Belə olan halda, icra sənədinin icrası borclunun hərəkət və hərəkətsizliyindən asılı deyildir. Nəzərə alınsa ki, icra sənədinin icrasına möhlət verilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edilir, hazırki halda borclunun əmlak vəziyyəti icra səndinin icrası üçün əhəmiyyət kəsb etmir. Bundan başqa qeyd edilməlidir ki, borclu ərizəsində ailə üzvülərinin (yaxın qohumlarımın) maddi köməkliyi ilə 50 000 (əlli min) manat məbləğində pul vəsaiti əldə etdiyini, 01 yanvar 2024cü il tarixə qədər geridə qalan məbləği, yəni 25000 manatı da əldə edib cəmi 75 000 manatı qarşı tərəfə ödəməklə mübahisəli mənzili tam mülkiyyətinə keçirə biləcəyini qeyd etsə də, bununla bağlı ərizəsinə hər hansı sübut əlavə etməmiş, həmçinin məhkəmə iclasında iştirak etməmiş və bu barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, borclunun ərizəsində irəli sürdüyü hallar, qətnamənin icrasına möhlət verilməsi üçün qanunvericiliyin müəyyənləşdirdiyi meyara cavab verməməkdədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e- 2(004)-3887/2022 nömrəli icra sənədinin icrasına möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)- 3887/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar