Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-446/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu 196 saylı MTKnin sədri X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu 196 saylı MTKnin sədri X2 məhkəməyə ərizə ilə müraciət edərək, göstərilən qərarın icrasına, xüsusilə istismara qəbul aktının təqdim edilməsi ilə bağlı hissəsinə dair Fövqəladə Hallar Nazirliyindən müvafiq cavab alınanadək icra üçün möhlət verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın üzərinə digər işlərlə yanaşı, həmçinin ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli yaşayış binasının istismara qəbul aktının əldə edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Qeyd edir ki,q ərarda nəzərdə tutulmuş digər işlərin icrası hazırda davam etdirilir. Bununla belə, məlum oldugu kimi, yaşayış binasının istismara qəbul olunaraq müvafiq aktın verilməsi prosesi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxildir və bu prosedur müəyyən vaxt tələb etdiyi üçün, qərarın həmin hissəsinin icrası praktiki olaraq çətinliklər yaradır. İcra işi üzrə borcluya, icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə də icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-409/2025 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022- 014 nömrəli, xx.xx.2022-ci il tarixli tarixli icra sənədi üzrə borclu – xx.xx.1968-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MTKnin rəhbəri X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən, Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. 13-cü bəndində qeyd olunur ki, Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli qərarında qeyd olunur: “...Qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılmasını, həmçinin onların icrasına möhlət verilməsini də nəzərdə tutmuşdur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər. Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 bloklu, 12 mərtəbəli binada yük liftin quraşdırılaraq işə salınması, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarının quraşdırılması, binada işığın əhali qrupuna keçirilməsi, binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Hazırda borclu 196 saylı MTK-nin sədri X2 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4909/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə də icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Göründüyü kimi artıq 2 ildən çox müddət keçməsinə baxmayaraq, qətnamə hələ də icra olunmamışdır. Bundan başqa borclu qətnamənin icrasına möhlət verilməsinin zəruriliyini kifayət qədər əsaslandıra bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi üçün hazırda əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu 196 saylı MTK-nin sədri X1 ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu 196 saylı MTKnin sədri X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-446/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-446/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver