Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-448/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkar X4nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu X3 etibarnamə üzrə nümayəndəsi Bağırbəyova (Saprıkina) Alina Alekseyevna tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 22 noyabr 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında, eyni zamanda sabit pul məbləği olaraq hər ay 250 manat məbləğində aliment tutularaq X4ya verilməlidir. İcra vərəqəsi üzrə alimentin tutulma müddəti xx.xx.2014-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi, ünvan 1 ünvanındakı 14 saylı 2 otaqdan ibarət 55.70 kv.m. mənzilin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. Borclu borclu X3 etibarnamə üzrə nümayəndəsi Bağırbəyova (Saprıkina) Alina Alekseyevna şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bağırbəyova (Saprıkina) Alina Alekseyevna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu X3 həyat yoldaşıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasov tərəfindən ünvan 1 ünvanındakı 14 saylı mənzilin qiymətləndirilməsinə dair mütəxəssisin dəvət edilməsi haqqında qərara qəbul edilmişdir. Axırıncı mərtəbədə yerləşən qəza şəraitli, “İtalyan” sayağı, demek olar ki, yararsız iki otaqlı mənzil onların yeganə mülküdür. Həyat yoldaşının, yəni borclunun ağır xəstə olmasına və heç bir yerdə işləməməsinə baxmayaraq onlar tələbkarın hesabına mütəmadi olaraq vəsait göndərirlər. Borcun ödənilməsindən qaçmırlar və əllərinə pul düşdükcə ödəniş edirlər. Lakin tələbkar tərəfindən daimi olan şikayətlərə məruz qalırlar. Hazırki məhkəmə iclasında iştirak edən iştirak edən tələbkar X4 izahatında bildirmişdir ki, şikayət ərizəsi ilə razı deyildir. Borclunun 19.334 manat məbləğində aliment borcu yaranmışdır. 2022-ci ildə ardıcıl olaraq 10 manat, 20 manat, 50 manat, 10 manat məbləğində, 2023-cü ildə isə 40 manat və ard-arda 5 dəfə 20 manat ödəniş olunmuşdur. Ona görə də borcluya məxsus mənzilin ½ hissəsinə həbs qoyulmuşdur. Həmin həbs qərardadından tərəf apellyasiya şikayəti verməmiş və müddəti də buraxmışdır. Borclunun 53 yaşı var və əmək qabiliyyətli şəxsdir. Heç bir xəstəliyi yoxdur. Əksinə güc və enerji ilə doludur. Bununla bağlı internetdə yerləşdirilmiş şəkillər də sübutdur. Odur ki, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə borcluya və icra məmuruna lazımi qaydada məlumat vermişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından borclu X3 etibarnamə üzrə nümayəndəsi Bağırbəyova (Saprıkina) Alina Alekseyevna tərəfindən verilmiş şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 7458 saylı icra işinin materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə xx.xx.2015ci il tarixdə icraata başlanılmış və digər bütün zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu tərəfindən tələb könüllü icra üçün müəyyən edilmiş vaxt ərzində icra edilməmişdir. Bugünədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra edilməmiş və icra vərəqəsinin icrasının təmin olunması məqsədi ilə İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 8(004)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş, X6 məxsus ünvan 1, 14 saylı 2 otaqdan ibarət 55.70 kv.m. mənzilin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmuru borclunun əmlakının üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadına əsasən təqdimat təmin edilərək, borclu X6 məxsus ünvan 1 ünvanındakı 14 saylı 2 otaqdan ibarət 55.70 kv.m. mənzilin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə X3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 14 saylı 2 otaqdan ibarət 55.70 kv.m. mənzil açıq hərracda satlımalı, satışdan əldə edilmiş pul vəsaiti X4 ödənilməlidir. Odur ki, mütəxəssis dəvət olunmalı və mənzil mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Beləliklə, məhkəmə məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrasının təmin olunması məqsədi ilə borclu X6 məxsus mənzil üzrə mütəxəssisin dəvət olunması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar tam olaraq əsaslıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrasının təmin olunması məqsədilə borcluya məxsus mənzil üzərinə ½ hissədə həbs qoyulmuş və həmin qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, icra məmuru mənzil üzrə mütəxəssisin dəvət olunması və evin qiymətləndirilməsi barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Qanunun 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu X3 etibarnamə üzrə nümayəndəsi Bağırbəyova (Saprıkina) Alina Alekseyevna tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-448/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-448/2023
27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver