Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-448/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Borclu "xxxx" MTK-nın vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu "xxxx" MTK şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5438/2022 nömrəli icra sənədi üzrə Yasamal Rayon İcra Şöbəsinin qəbul etdiyi “borclunun bank hesablarına həbs qoyulması haqqında” qərarının ləğv edilməsi və "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu "xxxx" MTK şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu "xxxx" MTK-nın vəkili Vəkil tərəfindən verilən şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-386/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayətinə yenidən baxılması üçün iş materiallarının həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştrak edən borclu "xxxx" MTK-nın vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsi və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarı ləğv edilməli, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5438/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan xx.xx.2006-cı il tarixli 03/17 saylı müqavilə üzrə 25760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2576 ABŞ dolları faizlər olmaqla, cəmi 28336 (İyirmi səkkiz min üç yüz otuz altı) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rusumunun 173,72 (bir yüz yetmiş üç manat 72 qəpik) manat hissəsi tutularaq, iddiaçı Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar nümayəndəsi və vəkili X6 və cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5438/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1429/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Tələbkar və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6645/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5438/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativinə tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun bank hesablarına həbsin qoyulması haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5438/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MTK-nın "xxxx" ASC-də, “Bank VTB (Azərbaycan)” ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASCdə olan bütün bank hesablarına 28336 ABŞ dolları və 173,72 manat həcmində həbsin qoyulması və bank hesablaşma hesablarında olan pul vəsaitləri barədə şöbəyə məlumat verilməsi qərara alınmışdır. - 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №321737 saylı, 06 mart 2017-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Tələbkar 31 yanvar 2017-ci il tarixdə X1 doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 mart 2017-ci il tarixdə 105 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №424761 saylı, 20 noyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Tələbkar 16 iyul 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 avqust 2024-cü il tarixdə 399 nömrəsi ilə qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-386/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu "xxxx" MTK hazırda Yasamal rayon icra şöbəsinin “borclunun bank hesablarına həbsin qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarını mübahisələndirir və hesab edir ki, bu qərar əsassız olaraq qəbul edilmişdir. Belə ki, borclu qərarın qanunsuz və əsassız olmasını bildirərkən istinad etdiyi hallar bundan ibarətdir ki, birinisi icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildirişdən borclunun məlumatı olmamış, nəticədə borclu tələbi könüllü şəkildə icra etmək hüququndan məhrum edilmiş, bu da məcburi icra tədbirlərinin görülməsinə (Yasamal rayon icra şöbəsinin “borclunun bank hesablarına həbsin qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarın qəbul edilməsinə) səbəb olmuşdur. İkincisi tələbkar vəfat etmiş, lakin icra məmuru onun vərəsələrinin müəyyənləşdirilməsi istiqamətində hərəkətsizlik göstərmiş, bununla da borclu tələbin icrası məsələsi ilə bağlı müzakirələr aparmaq üçün tərəf müqabili olmadan qalmışdır. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 43-cü maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbuirlərindən biridir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş icra işinin materiallarında tələbin könüllü icrası haqqında bildirişin borclu "xxxx" MTK-ya göndərilməsini təsdiq edən sənəd və ya borclunun tələbin icrasına başlanmasından məlumatlı olmasına dair hər hansı sübut aşkar edilmir. Digər tərəfdən icra sənədi üzrə tələbkarın vəfat etməsi və onun X8 adlı xx.xx.2017-ci il təvəllüdlü uşaq üzərində atalığının müəyyən edilməsi, X4 anası X2 həyatda olması işin mübahisəsiz hallarıdır. Lakin müəyyən olunur ki, icra məmuru “İcra haqqında” Qanunun aşağıdakı göstərişlərini yerinə yetirmək üçün zəruri addımlar atmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 31-ci maddəsinə görə icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin Qanunun 30.1-ci maddəsinə görə icra sənədləri üzrə icraatda yetkinlik yaşına çatmayan və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqları onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçiləri tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, tələbkar vəfat etdiyi, lakin onu vərəsə ilə əvəz edilmədiyi halda borclunun həbs qoyulmuş bank hesablarındakı pulları əldə edəcək səlahiyyətli şəxsin kimliyi də naməlum olaraq qalır. Belə olan halda məhkəmə qeyd edir ki, borclu "xxxx" MTK-nın şikayət ərizəsi təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarı ləğv edilməli, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Borclu "xxxx" MTK-nın şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarı ləğv edilsin və "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-448/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-448/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver