Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-452/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9215/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 Borclu adına qeydiyyatda olan «FORD FOCUS» minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9215/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «FORD FOCUS» minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasov icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə icraatıma daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9215/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1250,48 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Ford Focus” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd olunan Borclu mülkiyyətində olan “Ford Focus” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İcraat zamanı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, **********301 saylı məktuba əsasən icra sənədində göstərilən tələb təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq borcluya məxsus avtomaşının üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Odur ki, Borclu mülkiyyətində olan “Ford Focus” markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 313/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9215/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «FORD FOCUS» minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9215/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan «FORD FOCUS» minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu adına olan «FORD FOCUS» minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-452/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-452/2022
28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver