Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-454/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1340/2023 nömrəli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1340/2023 nömrəli icra sənədinə əsasən Borclu 2.700 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 63,34 manatı tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayon Pirəkeşkül kəndi ərazisində yerləşən 4,4204 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu icra sənədləri üzrə borcun könüllü ödənilməsini təmin etməmişdir, Borclu 2.700 ABŞ dolları borcunu tələbkara ödəməmişdir. Odur ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə Borclu adına Abşeron rayon Pirəkeşkül kəndi ərazisində yerləşən 4,4204 ha torpaq sahəsinin üzərinə həbs qoyulması zəruridir. “AZEMİS”-dən xx.xx.2023-cü il tarixdə çap edilmiş elektron məlumatdan müəyyən edilir ki, **********23 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayon Pirəkeşkül kəndi ərazisində yerləşən 4,4204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu mülkiyyətindədir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayon Pirəkeşkül kəndi ərazisində yerləşən 4,4204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1340/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayon Pirəkeşkül kəndi ərazisində yerləşən 4,4204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-454/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-454/2023
27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver