Məhkəmə qərarları › İş №8(004)-455/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-455/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-455/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059//2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli 2(004)- 2059//2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "Lexus LX570 Minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 13.000 (on üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129 (bir yüz iyirmi doqquz) manat pul tutularaq iddiaçı X1 ödənilməlidir.İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyan olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, bordu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş ve icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “ İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda tərəfindən müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində olan “Lexus LX570 Minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 13000 (on üç min manat) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129 (yüz iyirmi doqquz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2059/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, e22818/2025-53-34 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin 10 gün müddətində könüllü icrası etməsi, əks halda icranın məcburi qaydada təmin olunacağı barədə xəbərdarlıq edilmişdir. “Elektron İcra” İnformasiya Sistemindən xx.xx.2025-ci il tarixli avtomobil nəqliyyət məlumatlarından görünür ki, "Lexus LX570 Minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, tələbin icrası məqsədi ilə borcluya məxsus "Lexus LX570 Minik” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan "Lexus LX570 Minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar