Məhkəmə qərarları › İş №8(004)-456/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-456/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-456/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5340/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynov icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-5340/2023-013 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 5038,81 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Tələb icra edilmədiyi üçün icra haqqında Qanunun 43 və 44-cü maddələrinə əsasən iş üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə tərəfindən məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməklə icra edilməsi zərurəti yaranmışdır. Bu səbəblə tərəfindən məhkəməyə verilən təqdimat təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-308/2024-004 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələb borclu tərəfindən tam olaraq icra edildiyindən tərəfindən qəbul edilmiş "icraata xitam verilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarla e- 2(004)-5340/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 308/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Borclu məxsus olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5340/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə cəmi 4972,08 (dörd min doqquz yüz yetmiş iki manat 08 qəpik) manat məbləğində pul vəsaiti və 66,73 (altmış altı manat 73 qəpik) manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5340/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, borclunun müvafiq icra sənədi üzrə ödənilməmiş borcu olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar