Məhkəmə qərarları › İş №8(004)-46/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-46/2023

06.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-46/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2018 nömrəli, xx.xx.2018 ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2018 nömrəli, xx.xx.2018 -ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın anasının yanında qalması və hər ay sabit məbləğdə 500 manat aliment tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3117/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, iddiaçı X9 lə cavabdeh Borclu arasında 18 fevral 2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 147 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 12 aprel 2011-ci il təvəllüdlü X3 anası X1 yanında qalması, 12 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu hər ay 155 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, alimentin 27 fevral 2018-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət olunmuşdur. Hal-hazırda iş icra mərhələsindədir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanmış və könüllü icra üçün bildiriş də göndərilmişdir. Sonradan güya pulu ödəmədiyi üçün onu Yasamal İcra Şöbəsinə məcburi gətirilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılması məqsədə müvafiq hesab edilmişdir. Bildirmək istəyir ki, qətnamənin icra edilməsi vaxtında 27 fevral 2018-ci ildən 27 dekabr 2022-ci il tarixinədək 58 ay X 155= 8990 (səkkiz min doqquz yüz doxsan) manat aliment hesablanmışdır ki, bundan 4092 (dörd min doxsan iki) manatın iddiaçının hesabına ödənilmişdir. Qalan məbləğin də yəni, 4898 (dörd min səkkiz yüz doxsan doxsan) manatdan (min beş yüz) manatın ödənilməsini cavabdeh öhdəsinə götürür. Bildirir ki, Yasamal rayon Məhkəməsinin 2018-ci il tarixli digər bir qətnaməsi ilə iddiaçı Borclu uşaqla ünsiyyətə dair cavabdeh X2 qarşı iddiası təmin edilmiş və qızı-X7 ilə görüşməsinə dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə də icraya yönəlmiş və icrası Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Hazırki iş üzrə cavabdeh və əvvəlki iş üzrə iddiaçı X4 hazırda X5 Polşa Respublikasına apardığından bu qətnamə icrqa edilməmişdir. Əgər alimentin ödənilməsi uşağın saxlanılması üçün nəzərdə tutulmuşdursa və X6 ölkə sərhədlərindən kənarda olması Ailə məcəlləsinin 75-ci maddəsində də tutulmuş tələblərin pozulması hesab olunur və cavabdeh X8 alimetin ödənilməsinə niyə məcburi cəlb edilməlidir? Buna görə də qətnamənin icra olunması da məqsədə müvafiq hesab olunmur. Bunu da nəzərinizə çatdırır ki, cavabdeh Borclu, hal-hazırda müğənni kimi fəaliyyət göstərir aylıq əmək haqqı orta hesabla 350-400 manat civarındadır. Yuxarı qeyd olunan məbləğdən başqa gəlir mənbəyi yoxdur və bu əmək haqqı ailənin yeganə büdcəsidir. Buna görə də cavabdeh göstərilən pul vəsaitinin hissə-hissə ödənilməsini həyata keçirə bilər və hesab edir ki, məhkəmə hissə-hissə ödənilməyə dair qərardad qəbul edərsə, qətnamə icra edilər və cavabdehin heç kəsə borcu qalmaz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə icra şöbəsinin nümayəndəsi, tələbkar və borclunun iştirakı olmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, iddiaçı X9 lə cavabdeh Borclu arasında 18 fevral 2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 147 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 12 aprel 2011-ci il təvəllüdlü X3 anası X1 yanında qalması, 12 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu hər ay 155 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, alimentin 27 fevral 2018-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət olunmuş və icraya yönəldilmişdir. Sözü gedən icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraat başlanılmış, borcluya 10 gün müddətində tələbin könüllü icrası təklif edilmiş və tələbin könüllü icrası haqqında bildiriş bocluya göndərilmişdir. Borclu barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(004)-854/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olsun. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsindən xeyli vaxt keçməsinə baxmayaraq borclu bu günə kimi qətnamənin icrası məqsədilə zəruri tədbirlər görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2018 nömrəli, xx.xx.2018 -ci il tarixli icra sənədi ilə müəyyən edilmiş aliment məbləğinin hissə-hissə ödənilməsini ağlabatan hesab etməyərək, bunu tələbkarın mənafeyinə uyğun hesab etmir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 155 manat məbləğində aliment məbləği borclu tərəfindən hər ay ödənilməlidir və icra işi davam etdirilir. Cavabdehin hal-hazırda mövcud olan borcu isə əvvəlki aylarda ödənilməyən aliment borcuna görə hesablanmış məbləğdir. Bundan başqa məhkəmə qeyd edir ki, borclu (ərizəçi) tərəfindən ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3117/2018 nömrəli, xx.xx.2018 -ci il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər ay hansı məbləğdə və hansı müddətdə hissə-hissə icra edilməsi göstərilməmişdir. Məhkəmə həmçinin ərizəni təqdim etməyərkən icra vərəqinin alimentin ödənilməsi ilə bağlı olduğunu, alimentin mütəmadi olaraq hər ay ödənilməli olduğunu və uşağın mənefelərini nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2018 nömrəli, xx.xx.2018 ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar