Məhkəmə qərarları › İş №8(004)-46/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-46/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-46/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rasim Hüseynovun “Borclu məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rasim Hüseynov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan SMS bildirişlərə əsasən müəyyən edilir ki, Borclu icra sənədinin icrası ilə əlaqədar icra orqanına dəvət edilmişdir. İş materiallarına tələbin könüllü icrası barədə bildiriş əlavə edilmişdir. İş materiallarına icra orqanın borclunun məcburi gətirilməsi barədə qərar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qərarının 1 ildən uzun müddətdir ki, icra olunmaması, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rasim Hüseynovun “Borclu məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-673/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar