Məhkəmə qərarları › İş №8(004)-460/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-460/2022

07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-460/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov Borclu adına qeydiyyatda olan «VAZ-21063» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyularaq cərimə meydançasına qoyulması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 nömrəli, xx.xx.2014cü il tarixli qərardadına əsasən təqdimat qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «VAZ-21063» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi əsasən Borclu cəmi 660,91 manat məbləğində borc pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-2427/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21063” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar bank tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə təqdim olunmuş məktubda Borclu banka olan borcunun tam olaraq ödənildiyi qeyd olunmuş və bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «VAZ-21063» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bank of Baku ASC-nin Yasamal Rayon icra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5836/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin “İcra Haqqında” AR Qanunun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan «VAZ-21063» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6246/2014 nömrəli, xx.xx.2014cü il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu adına olan «VAZ- 21063» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar