Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-460/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin, Tələbkar iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsinə izah verilməsi barədə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadə təqdimatla məhkəməyə ərizə ilə müraciət edərək Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə yerləşən əlavə tikili olan eni 0,6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən özbaşına tikili hesab edilməklə Borclu hesabına sökülsün dedikdə qeyd olunan əlavə tikilinin (sanitar qovşaq) sökülüb-sökülməməsi barədə ətraflı izahın verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)-292/2023 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində cavabdeh Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən özbaşına tikili hesab edilməklə cavabdeh Borclu hesabına sökülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcraat dövründə iş üzrə tələbkarın müraciətlərini nəzərə alaraq xx.xx.2024-cü il tarixdə icra sənədində qeyd olunan ünvana icra məmuru tərəfindən baxış keçirilmiş, baxış keçirilən zaman Borclu hesabına icra sənədində qeyd edilən tələblərdən eni 0,6 metrlik dəmir qapı və həmin qapıya bitişik tikilən pilləkən sökülmüşdür. Bu barədə iş üzrə borclunun anası X1 iştirskı ilə müvafiq akt tərtib olunmuşdur. Lakin iş üzrə tələbkar yenidən icra şöbəsinə müraciət edərək Borclu mülkiyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanı zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə yerləşən əlavə tikilinin də sökülməsini bildirmiş və dərhal işlərin görülməsini tələb etmişdir. Bununla bağlı yenidən icra sənədində qeyd olunan ünvana baxış keçirilərkən Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə yerləşən əlavə tikili müəyyən olunmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməkdə çətinlik yaranır. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadə təqdimatla eyni məzmunlu izahat verərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi icra olunmamışdan cavabdeh tərəfindən sanitar qovşaq tikilmişdir, hazırda isə təqdimatın təmin olunmasını və məhkəmə qətnaməsi icra olunan zaman sanitar qovşağın da sökülməsini xahiş etmişdir. Məhkəmə qətnamə çıxaran zaman orada sanitar qovşağı olmamışdır. Qarşı tərəf məhkəməni və icra məmurunu aldadır və hər dəfə fərqli şəkillər təqdim edir. Bina memarlıq baxımından əhəmiyyət daşıyır. Həmin bina seysmik zonada, yəni qayanın üstündə yerləşir və binanın altından çay gedir. Nəmişlik səbəbindən binanın divarlarında köpüklər yaranır. İş üzrə məhkəmə araşdırması zamanı gedəndə məhz sanitar qovşağı olmamışdır. Sabah orada başqa bir şey tikəcək. Yenə də Borclu hərəkətləri nəticəsində zirzəmiyə girişə məhdudiyyət yaradılır. 1998-ci ildə həmin bina bərpa edilmişdi. Qətnaməyə əsasən zirzəmiyə girişə maneə yaradan obyektlər sökülməli idi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin təqdimatının təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Belə ki, iddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Borclu şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının özbaşına tikinti sayılması barədə, öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində cavabdeh Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən özbaşına tikili hesab edilməklə cavabdeh Borclu hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-456/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1769/2024 saylı qərarına əsasən cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-456/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə icraya yönəlmiş və hazırda Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin icraatındadır. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)-292/2023 saylı qətnaməsinin “nəticə hissəsində” anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Belə ki, qətnamənin nəticə hissəsində ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində cavabdeh Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkənin özbaşına tikili hesab edilməklə sökülməsi qət edilmişdir. Belə ki, hər hansı digər əlavə tikilinin - sanitar qovşağın sökülməsi ilə bağlı hər hansı ifadə işlədilməmişdir. Bu səbəbdən, hazırkı halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)-292/2023 saylı qətnaməsinin izah olunması barədə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsinin izah olunması barədə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-460/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-460/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver