Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-461/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi və vəkili X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə “Barışıq sazişinin təsdiq edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi” barədə tələbkarın nümayəndəsi və vəkili Əlizadə akif Əkbrə oğlunun ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 adına verilən RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməli, cavabdehlər X10 və X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqavilə etibarsız hesab edilməli və cavabdeh X1 adına olan RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Cavabdehlər X10 və X4 bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzil boş vəziyyətdə cavabdehlər X11 və "xxxx" MTK tərəfindən iddiaçı X8 təhvil verilməlidir. Hazırda tələbkarın nümayəndəsi və vəkili X19 ərizə ilə məhkəməyə müraciət edərək, tələbkar X12 ilə borclu X11 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli Razılaşma sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdehlər "xxxx" MMC, "xxxx" MTK, X11, X10, X4, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində xüsusi notarius X9 və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "MTK-nin ümumi yığıncağının qərarının, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və s.” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4820/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 2, 75 saylı mənzilin cavabdeh Paşayev X2 və onun MTK üzvlüyünə qəbul olunması barədə cavabdeh "xxxx" MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarının ləğv edilməsi, cavabdeh X3 adına verilən RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlər X10 və X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X1 adına olan RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlər X10 və X1 bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə cavabdehlər X11 və "xxxx" MTK tərəfindən iddiaçı X8 təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, icra üzrə icraat zamanı tələbkar X12 borclu X11 ilə barımış, bu barədə aralarında 22 iyun 2021-ci il tarixli Razılaşma sazişi bağlanmış, borclu mübahisə predmeti olan mənzilin dəyərini tam olaraq tələbkara ödəmişdir. Tələbkar iş üzrə icraata xitam verilməsi barədə icra qurumuna ərizə vermiş, sonuncu ərizə üzrə bildirmişdir ki, "İcra haqqında" qanunun 20.1.2-ci maddəsinə müvafiq olaraq Barışıq sazişi məhkəmədə təsdiq edilməli və bu barədə müvafiq məhkəmə aktı qəbul olunmalıdır. Bundan sonra isə icra orqanı tərəfindən icra sənədi üzrə icraata xitam veriləcək. Məhkəmə iclasında iştirak edən tələbkarın nümyəndəsi və vəkili izahatında bildirmişdir ki, tələbkar ilə borclu X11 arasında icra mərhələsində razılıq əldə olunmuş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır. Təhvil verilməsi olan mənzilin dəyəri borclu tərəfindən tələbkara ödənilmişdir. Buna görə də icra hərəkətləri dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Çıxarışların ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulduğundan, eyni zamanda mübahisə predmeti olan mənzil cavabdehlər tərəfindən satılmaq istənildiyindən Reyestr Xidmətinə müraciət olunmuş, lakin sonuncu tərəfindən bildirilmişdir ki, Barışıq sazişi təsdiq olunmaldır. Bundan sonra tələbkar tərəfindən sazişin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi ilə bağlı İcra şöbəsinə müracəit olunmuş, lakin İcra şöbəsindən bildirilmişdir ki, Barışıq sazişinin təsdiqi və icraata xitam verilməsi üçün birinci instansiya məhkəməsinə müraciət olunmalıdır. İcra işi üzrə verilmiş ərizəyə baxılmasına dair icra məmuruna və borclulara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını və Barışıq sazişini araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalı, Barışıq sazişi təsdiq olunmalıdır. Belə ki iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 3m-1230 reyestr nömrəli Razılaşma sazişindən görünür ki, birinci tərəf - X12, ikinci tərəf - X11 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olan 215326(2020-53-29-004) nömrəli icra işi üzrə icranın qarşılıqlı razılaşma əsasında həll edilməsi barədə razılığa gəlmişlər, bu Razışlaşma sazişinə uyğun olaraq ikinci tərəf birinci tərəfə bu sazişin birinci bəndində qeyd olunan icra işindən imtina edilməsi müqabilində 170.000 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə, 68.000 manat məbləği isə Baş Prokurorluğun depozit hesabına qoyulmuş – xx.xx.2021-ci il tarixdə BPM**********51 saylı ödəniş tapşırığına və xx.xx.2021-ci il tarixdə BPM**********42 saylı tapşırığına əsasən ödəyir. Birinci tərəf hər iki, həm notariusun həm də Baş Prokurorluğun depozit hesabında olan məbləği qəbul etdikdən sonra öhdəsinə götürür ki, yuxarıda qeyd edilən icra işinə dair X7 və digər borclulara heç bir maddi, mənəvi iddia, şikayəti və tələbi olmayacaq, habelə həmin iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət edəcək. İcra Haqqında Azərbaycan Respublikası qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq edilməlidir. Lakin icra işi üzrə icraata xitam verilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün ərizə həmin hissədə təmin olunmamalıdır. Belə ki, icra haqqında qanunvericiliyin yuxarıda sadalanan tələblərindən də göründüyü kimi icra işi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməli və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar - X12 ilə borclu X11 arasında bağlanmış barışıq sazişi təsdiq olunsun. Barışıq Sazişinə əsasən: birinci tərəf - X12, ikinci tərəf - X11 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olan 215326(2020-53-29-004) nömrəli icra işi üzrə icranın qarşılıqlı razılaşma əsasında həll edilməsi barədə razılığa gəlmişlər, bu Razışlaşma sazişinə uyğun olaraq ikinci tərəf birinci tərəfə bu sazişin birinci bəndində qeyd olunan icra işindən imtina edilməsi müqabilində 170.000 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə, 68.000 manat məbləği isə Baş Prokurorluğun depozit hesabına qoyulmuş – xx.xx.2021-ci il tarixdə BPM**********51 saylı ödəniş tapşırığına və xx.xx.2021-ci il tarixdə BPM**********42 saylı tapşırığına əsasən ödəyir. Birinci tərəf hər iki, həm notariusun həm də Baş Prokurorluğun depozit hesabında olan məbləği qəbul etdikdən sonra öhdəsinə götürür ki, yuxarıda qeyd edilən icra işinə dair X7 və digər borclulara heç bir maddi, mənəvi iddia, şikayəti və tələbi olmayacaq, habelə həmin iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət edəcək. Bu qərardad Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-461/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-461/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver