Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-462/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkar, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Yasamal rayon İcra şöbəsinə gətirilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2033 manat borc və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Baki şəhəri, ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin tələbi könüllü icra üçün verilən müddətdə icra etməmişdir. İcra sənədinin icrası zərurəti ilə şöbəyə dəvət olunan borclu izahatında tələbi gəliri olmadığı üçün icra edə bilmədiyini və gəliri olan müddətdə tələbi yerinə yetirəcəyini bildirmişdir. Borclu əlavə olaraq yaxın günlərdə taksi fəaliyyətinə başlayacağını və gəlir yeri yarandığından icra sənədləri üzrə hər ay 100 manat ödəyə biləcəyini qeyd etmişdir. Lakin həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq Borclu sənədləri üzrə ödəniş etməmiş və çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynov təqdimatı müdafiə edərək, məhkəmədən onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimata uyğubn müdafiə edərək, məhkəmədən onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri, araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. İcra işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən iş üzrə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəsmi qaydada iş üzrə borcluya göndərilmiş, eyni zamanda icraata başlamaq haqqında qərar da borcluya rəsmi qaydada göndərilmişdir. Bundan başqa borclunun xx.xx.2024-cü il tarixdə izahatı alınmış, borclu izahatında heç bir yerdə işləmədiyindən borcunu ödəyə bilmədiyini bildirmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclunun icra şöbəsinə çağırılması və çağırışlara əməl etməyərək gəlməməsi səbəbindən məcburi gətirilməsi barədə qərar qəbul edilərək, borcluya məxsus mobil nömrəyə SMS bildirişdə göndərilmişdir. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1188/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin bildirişindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi barədə xəbərdar edilmiş, həmçinin icra məmuru tərəfindən borclunun (077) ***-**-** saylı mobil telefon nömrəsinə sms-bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tətib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1188/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1188/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-462/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-462/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver