Məhkəmə qərarları › İş №8(004)-462/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-462/2025

04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-462/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5633/2017 saylı icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə X2 ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5633/2017 saylı qətnaməsinə əsasən hər ay üçün aliment ödənişinin vaxtının 1-5 tarixləri arasında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X4 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5633/2017 saylı qətnaməsi ilə hər ay 200 manat sabit pul məbləğində alimentin Borclu tutularaq övladı X1 üçün ona ödənilməsi müəyyən edilmişdir. Alimentin ödənilməyə başlandığı ilk dövrlərdə borclu ilə aralarında qeyri-rəsmi razılaşmaya əsasən ödənişi hər ayın 1-5 günləri arasında ödəyəcəyini öhdəsinə götürmüşdü və öhdəliyini vicdanla yerinə yetirməyə çalışırdı. Son dövrlərdə Borclu nəinki aralarında razılaşmaya əməl etməmiş, hətta, qeyri-vicdani dacranış sərgiləyərək aliment öhdəliklərindən uzunmüddətli yayınmağa çalışmışdır. Məcburi icra tədbirləri ilə borclunun 3200 manat məbləğində gecikdirdiyi aliment ödənişlərinin ödənilməsi təmin edilmişdir. Hazırda aliment ödənişinin hər ayın 1-5 tarixlərində ödənilməsini xahiş edir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunvericilikdə alimentin tutulma qaydası, icra üsulu, indeksasiyası, onun dəyişdirilməsinə və ya aliment ödəməkdən azad olunma halları təznimlənsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun icra olunma qaydası müəyyən edilməmişdir. Qanunun mənasına görə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş icra üsulunun fərqli qaydada tətbiqi nəzərdə tutulur. Bu hal, məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi halda, tərəflər arasında qətnamədən irəli gələn mübahisənin həlli icra məmuruna həvalə edilir. İcra məmuru qeyd olunan halda, hərəkətsizlik göstərərsə və ya icra sənədinin icrasından yayınarsa, tərəflərin şikayət etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, tələbkarın ərizəsində istinad etdiyi hallar məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5633/2017 saylı icra sənədinin hər ay üçün aliment ödənişinin vaxtının 1-5 tarixləri arasında müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar