Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-465/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkar və X1 iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh X5 qarşı “ödənilmiş pul vəsaitinin qalığının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-5499/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-5499/2023 nömrəli icra vərəqəsinə əsasən X2ndan 5.300 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 5.400 (beş min dörd yüz) manat pul tutularaq Tələbkar ödənilməlidir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir. X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-5499/2023 nömrəli icra sənədi üzrə ödənilməli olan 5.400 manat vəsaitdən ödənilməmiş qalan 2.750 manat borcu hissə-hissə Tələbkar ödəməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini müdafiə etdi və bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-5499/2023 nömrəli icra sənədi üzrə ödəməli olduğu 5.400 manat vəsaitdən xx.xx.2024-cü il tarixə kimi 2650 manatını hissə-hissə olmaqla Tələbkar ödəmişdir. Hazırda 2750 manat borcu var. Bu məbləği birdəfəyə ödəyə bilmir. Təxminən 1-2 ay ərzində hissə-hissə olmaqla bu borcu tələbkara ödəyə bilər. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmə iclasında ərizəni əsassız hesab etdi və izahatında bildirdi ki, X2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödəməli olan 5.400 manatdən xx.xx.2024-cü il tarixə kimi ona 2650 manatını hissə-hissə olmaqla ödəmişdir. Hazırda 2750 manat borcu var. Borclu hər dəfə pulu ödəməyə vəd versə də, sonradan ödəməni gecikdirir. Bu səbəbdən borclunun sözünə güvənmir və ərizənin rədd edilməsini xahiş edir. Ərizəyə baxılmasının yeri və vaxtı barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə bildiriş göndərilsə də, icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə əsasən gəlməyən şəxsin iştirakı olmadan borclunun ərizəsinə baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, borclunun ərizəsinin və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclunun ərizəsi təmin edilməlidir. Tərəflərin izahatlarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə kimi borclu icra sənədi üzrə 5400 manat puldan 2650 manatını tələbkara hissə-hissə ödəmişdir. Hazırda 2750 manat borcu qalmışdır. Məhkəmə borclunun maddi vəziyyətini, icra sənədi üzrə borcdan tələbkara hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixə kimi 2650 manat ödəməsini, borcun ödənilməsindən üzürlü səbəblər olmadan yayınmamasını, tərəflərin əmlak vəziyyətini, borclunun icra sənədi üzrə ödənilməmiş qalan 2750 manat borcu 1-2 ay ərzində hissə-hissə olmaqla tələbkara ödəmək istəyini və bunu real olaraq həyata keçirtdiyini nəzərə alaraq hesab edir ki, borclunun ərizəsi təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməli olan 5.400 manat vəsaitdən ödənilməmiş qalan 2.750 manat borc X2 tərəfindən hissə-hissə hər ay 900, sonuncu ay 950 manat olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq üç ay müddətində Tələbkar ödənilməsi yolu ilə icra sənədinin tam icra edilməsini təmin etmək məqsədə müvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-5499/2023 nömrəli icra sənədi üzrə ödənilməli olan 5.400 manat vəsaitdən ödənilməmiş qalan 2.750 (iki min yeddi yüz əlli manat) manat borc X2 tərəfindən hissə-hissə hər ay 900, sonuncu ay 950 manat olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq üç ay müddətində Tələbkar ödənilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-465/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-465/2024
03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver