Məhkəmə qərarları › İş №8(004)-466/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-466/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-466/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi X1 iştirak ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5083/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulmasına dair” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov Borclu mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.032 ha olan həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5083/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 6855 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda “Elektron icra sistemi”-ndən əldə olunmuşdur ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.032 ha olan həyətyanı torpaq sahəsi Borclu mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X2 təqdimatın təmin olunmasını xahiş etdi. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5083/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 6825 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5083/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə bildirişi almışdır. “Elektron icra” informasiya sistemində xx.xx.2023-cü il tarixdə edilmiş sorğunun nəticəsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.032 ha olan həyətyanı torpaq sahəsi Borclu mülkiyyətdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, bununla da, qanuni qüvvəsi almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası şübhə altına düşdüyündən, tələbin icrası məqsədi ilə borcluya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.032 ha olan həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.032 ha olan həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar