Məhkəmə qərarları › İş №8(004)-466/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-466/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-466/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, X1 “məbləğin indeksasiyası” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: X3 “məbləğin indeksasiyası” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin və Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Hacıyevin icraatında olan 2(012)-4278/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işləri üzrə 69.92 manatın hər ilini 347,8% hesablamaqla indeksasiya edilərək müəyyən edilməsi və müştərək qaydada borclular – Maraqlı şəxs, X2 və "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən qətnaməni qəbul etmiş məhkəmə icra sənədini dəqiq və vaxtında tərtib edərək müvafiq icra şöbəsinə göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X4 və Maraqlı şəxs müştərək qaydada 69900 manat məbləğində pul və dövlət rüsumuna görə 20 manat, cəmi 69920 manat məbləğində pul tutulub X6 verilməsi qət edilmişdir və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Abşeron Rayon Məhkəməsi olduğundan hazırda icraya nəzarət edən məhkəmə Abşeron Rayon Məhkəməsidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində icra icraatı çərçivəsində verilmiş ərizənin geri qaytarılması ilə bağlı xüsusi normanın yer almadığını nəzərə alaraq hesab edir ki, prosessual hüquq münasibətinə analogiya üzrə həmin Məcəllənin 152.1.3-cü maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 “məbləğin indeksasiyası” tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. X7 alimentin indeksasiyası ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar