Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-469/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh Borclu qarşı “nikahın pozulması, uşağın valideynin yanında qalması və aliment” tələbinə dair iddiası təmin edilərək Borclu ilə X10 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 20 iyun 2013-cü il tarixdə 703 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 anası X5 yanında saxlanması uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər hər ay 136 manat olmaqla, cəmi 544 manat sabit pul məbləğində aliment, xx.xx.2018-ci il tarixdən hər ay sabit pul məbləğində 154 manat aliment tutularaq iddiaçı X8 verilməsi və alimentin tutulma müddətinin 12 sentyabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov icra sənədinin izah olunması barədə təqdimatla xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində qeyd edilən “X11 anası X5 yanında qalsınlar” hissəsinə izah verilməsinin məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- (004)-431/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar X5 Borclu qarşı “nikahın pozulması, uşağın valideynin yanında qalması və aliment tələbinə dair” iddia tələbi təmin edilmiş və Borclu ilə X10 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 20 iyun 2013-cü il tarixdə 703 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş 09 iyul 2014-cü il tarixdə doğulmuş X11 anası X5 yanında saxlanılmalıdır. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər hər ay 136 (bir yüz otuz altı) manat, cəmi 544 (beş yüz qırx dörd) manat sabit pul məbləğində aliment, xx.xx.2018-ci il tarixdən hər ay sabit pul məbləğində 154 (bir yüz əlli dörd) manat aliment tutulub tələbkar X8 ödənilməlidir. Alimentin tutulma müddəti 12 sentyabr 2017-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. X2 övladları X7 atası Borclu ilə görüşmək məqsədilə icazə verdiyini, lakin atası tərəfindən uşağın qaytarılmadığını və telefon vasitəsi ilə əlaqə zamanı uşağın qaytarmayacağını xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, bildirmişdir. Bu səbəbdən X4 övladı X7 alınaraq ona verilməsinə xahiş etmişdir. Lakin, icra sənədində qeyd olunan “09 iyul 2014-cü il tarixdə doğulmuş X11 anasının yanında qalması" uşağın məcburi qaydada atadan alınıb anaya verilməsini ehtiva etmədiyindən bunu etmək mümkün olmamışdır. Bu barədə sual yarandığından icra sənədində tələbi tam təmin etməkdə çətinliklər yaranmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən onların iştiakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, sözügedən qətnamə kifayət qədər aydın yazılmışdır və “qət etdi” hissəsində heç bir anlaşılmazlıq yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-469/2023
03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver