Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-470/2022 20.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, xx.xx.2021-ci il.tarixli icra sənədinə əsasən Borclu 750 əyyarlı qızıl qolbaq 6,47 qram-580 manat, 1 cüt sırğa, boyunbağı, kulon, bəzək üzüyündən ibarət komplekt əyyar ağ qızıldan, brilyant qaşlı qızılın çəkisi 24 qr, brilyant 0,9 sot – cəmi dəyəri 2156 manat, hə alınanda verilən üzük 750 əyyar qızıldan 8,5 qram, brilyant qaşlı 2,0 karat, cəmi 1800 manat, Nişan üzüyü 750 əyyar, 6,5 qr., 750 manat, bəzək üzüyü 4,5 qr, 580 əyyar, 200 manat alınıb Tələbkar verilməlidir. Həmin icra sənədi xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında rəsmi qərar-bildiriş göndərilmiş və onunla telefon əlaqələri saxlanılmış, lakin Borclu icra məmurunun qanuni çağırışlarına gəlməmiş, eləcə də icra sənədində göstərilmiş tələbi təmin etməkdən yayınmışdır. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu göndərilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 1150/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1978-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №8(004)-470/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-470/2022
20.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver