Məhkəmə qərarları › İş №8(004)-470/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-470/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-470/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Tələbkar “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələbkar “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)-6707/2019 saylı qətnaməsi üzrə tutulan aliment məbləği indeksasiya edilməklə, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Abuşova X3 Rəşad Tofiq oğlu ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü övladları X5 dünyaya gəlmişdir. Borclu ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və ayrı yaşamışlar. O, uşağın saxlanılmasında tələbkara kömək etmədiyi üçün aliment tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2317/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və oğlu xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Borclu hər ay 22 manat sabit pul məbləğində və hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bu qətnamədən cavabdeh Borclu apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-3891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2317/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, Borclu ilə aralarındakı nikah pozulmuş və Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ona 291883 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2019-cu il tarixdə o alimentin artırılması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Tələbkar məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, 2019-cu il tarixdə ölkə üzrə minimum əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Lakin hal-hazırda ölkə üzrə minumum əmək haqqı 400 manat məbləğində müəyyən olunmuşdur. Qətnamə çıxarılarkən ölkə üzrə minimum əmək haqqının 250 manat məbləğində olması nəzərə alınarsa, təyin olunmuş aliment minimum əmək haqqının 0.64 mislini təşkil edir. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən hazırda olan minimum əmək haqqının (400 manat) 0.64 misli miqdarında aliment təyin olunmalı və həmin məbləğə uyğun indeksasiya edilməlidir. Bu səbəbdən xx.xx.2011ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Borclu hər ay 256 manat məbləğdə aliment tutulmaqla, hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmalıdır. Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X4 əsasən 2019-cu il sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 160 manat məbləğdə müəyyən edilmişdir. 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 160 manat məbləğdə aliment 2019-cu il üçün minimum əmək haqqının 0,64 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar